ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK BÖYÜK GÜNAHDI
Uməymə bint Ruqəyqə şahadət gətirmək üçün Rəsulullahın (s.a.v.) yanına gəlir. Peyğəmbər (s.a.v.) deyir: "Mən sənin ALLAHa heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, uşaqlarını öldürməyəcəyinə, böhtan atmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayiş etdirməyəcəyinə körə gətirdiyin şəhadəti qəbul edirəm”. Bununla Peyğəmbər (s.ə.v) özünü nümayiş etdirməyi ən böyük günahlara aid etdi.
ÖZÜNÜ NÜMAYİŞ ETDİRƏNİ ALLAH ÖZ MƏRHƏMƏTİNDƏN MƏHRUM EDİB LƏNƏTLƏYİR Rəsulullah (s.a.v.) deyib: "Axırda (qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”.
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTİDİR ALLAHın Rəsulu (s.a.v.) deyib: "Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarlarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda onlar onu duymayacaqlar».
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK AXİRƏT GÜNÜ QARANLIQ VƏ ZÜLMƏT DEMƏKDİR Peğəmbər (s.a.v.) demişdir: "Öz gözəlliyini özgəlirnə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir” . Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası təmamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firvanlığın- məhrumiyyət, ətrin-çürümə (leş iyi), işığın isə, - zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq.
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK RİYAKARLIQDIR Rəsulullah (s.a.v.) deyib: "Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər ALLAHdan qorxandırlarsa. Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər”.
Ağ qarğa ifadəsini Peyğəmbər (s.a.v.) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləyəcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar- albinoslar tək-tükdür.
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏDƏBZİZLİKDİR Yuxarıda dediyimz kimi qadın-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca ALLAH deyib: «Ədəbsizlik etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə ALLAH əmr etmişdir” - deyərlər. De ki, ALLAH ədəbsizlik əmr etməz. ALLAHa qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» (əl-Əraf, 28).
İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər...» (əl-Bəqərə, 268). Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca ALLAH deyib: «Möminlər arasında pisliyi yaymaq istəyənlənri dünyada və axirətdə şiddətli əzab gözləyir. ALLAH bilir, siz bilməzsiniz!» (ən-Nur, 19).
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ŞEYTANIN YOLUDUR Adəmlə Həvvanın şeytanla münasibətləri tarixi, bizə ALLAHın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli ALLAH deyib: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» (əl-Əraf, 27). Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi «azad qadın» adlandırılan hərəkatın rəhbəridir. Şeytan Rəhimli ALLAHa asi olmqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər (s.a.v.) deyib: "Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam– qadınlardan başqa”.
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏVVƏLKİ ÜMMƏTLƏRİN METODUDUR Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyindən istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər (s.a.v.) deyib: "Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu”. Onların kitablarında göstərilir ki, Qüdrətli ALLAH Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi(vi) kitabının üçüncü bölməsində deyilir: «Həqiqətən ALLAH Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiklərinə görə cəzalandıracaq. ALLAH onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq». Rəsulullahın (s.a.v.) kafirlərə (müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.a.v.) dediyi həyata keçdi: "Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz”. Camaat soruşur: "Bu, yəhudilər və xaçpəmrəstlərdir?». Peyğəmbər (s.a.v.) cavab verir: "Başqa kim olacaq?”.
ALLAHa və Onun Rəsuluna (s.a.v.) asi olub, yəhudilərin və xaçpərətlərin yoluyla gedən qadınlar, ALLAHın hökmünü «Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq ALLAHın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar ALLAHın əmrini eşidərək «Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar! Uca ALLAH deyib: «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!» (ən-Nisa, 115).
ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CAHİLİYYƏTİN ÜFUNƏTİDİR Uca ALLAH deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.v.) Cahiliyyət dövrünün imdad haraylarını (Cahiliyyət dövründə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini (şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah (s.a.v.) barədə deyilir: «...onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...» (əl-Əraf, 157).
www.IslamaDogru.biz
|