Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 4 Qonaq: 4 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » 2011 » Avqust » 19 » Qədr gecəsinin əməlləri
11:39 AM Qədr gecəsinin əməlləri |
Bu gün şam azanından sonra müqəddəs Qədr gecəsi başlayacaq. Bu münasibətlə, müsəlmanlar məscidlərdə oyaq qalaraq dua və ibadət edirlər. Qurani-Kərim bu gecəni min aydan üstün olduğunu bəyan edərək, insanları İlahi ziyafətə dəvət edir.
Qədr Gecəsinin Əməlləri aşağıdakılardır:
1- Qüsl etmək. Mərhum Əllamə Məclisi bu qüslu günəş batan çağı alıb, onunla axşam namazının qılınmasının müstəhəbdir.
2- Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insanı Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".
3- Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir.
Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lkain mən sənin razılığını qazanmaq üçün sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm".
4- Qədr gecəsinin namazı. İki rükət namazı hər rükətdə Həmddən sonra yeddi dəfə İxlas surəsini oxumaq. Namazdan sonra yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh" desin.
İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə"Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun ata-anasının günahlarını bağışlayar."
5- Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdangünahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq demıkdir. Yəni: "Ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhəbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və oona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhnnəmə vasil olar.)
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
"Alllahummə inni əs'əlukə bi-kitabik'əl-munzəl. Və ma fihi, və fihi ismukəl-əkbər, və əsmaukəl-husna, və ma yuxafu və yurca, ən təc'ələni min utəqaikə minən-nar." Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink."
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
On dəfə "Bikə ya Allah" .
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtadqıdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6- Bu gecənin bir əməli də İmam Əli (ə) İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7- Bu üç gecədə əhya tutmaq (bu gecələri yatmadan səhərləmək) də müstəhəbdir. Bir hədisi şərifdə belə keçər: "Qədr Gecəsini əhya tutan kimsənin günahlarını, Allah bağışlayar/hədiyyələr."
8- Hər üç gecədə də yüz rükət namaz qılmağın çox fəziləti var.(kimin boynunda qəza namazı varsa, 6-günlük qəza namazıda qıla bilər)
9-Cövşən-Kəbir duasını oxumaq
10-Peyğəmbər (s) və onun əhlibeytinə salavat göndərmək.
11- Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənasaı belədir: İnsan keçmişdə etdiyi günahlardan peşmanolub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir.Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəm".
On dəfə "Bi-Muhammədin (s)" .
On dəfə "Bi-Əliyyin (ə)"
On dəfə "Bi-Fatimətə (s.ə)" .
On dəfə "Bil-Həsəni (ə)" .
On dəfə "Bil-Huseyni (ə)" .
On dəfə "Bi-Əliyyibnil-Huseyn" .
On dəfə "Bi-Muhəmməd ibni Əliyyin" .
On dəfə "Bi-Cəfər ibni Muhəmməd" .
On dəfə "Bi Musa ibni Cəfər" .
On dəfə "Bi-Əliyyibni Musa" .
On dəfə "Bi-Muhamməd ibni Əliyyin" .
On dəfə "Bi-Əliyyibni Muhəmməd" .
On dəfə "Bil-Həsən ibni Əliyyin" .
On dəfə "Bil-Huccəti".
|
Category: Salam |
Views: 646 |
Added by: ehlibeytasiqi
| Rating: 0.0/0 |
|