Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 2 Qonaq: 2 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » 2011 » Avqust » 25 » “Quranın cazibəsi məni İslama vurğun etdi”
12:15 PM “Quranın cazibəsi məni İslama vurğun etdi” |
Məryəm Fransua - bir ingilis aktrisasıdır. O, İslam dininə gəlməyinin səbəbini Quran və Peyğəmbərin (s) şəxsiyyətini mütaliə etməkdə görür. (abna)
O, deyir: "Kembric universitetini bitirəndən sonra İslam dinini qəbul etdim. Müsəlman olmamışdan əvvəl şübhə içində olan bir katolik idim. Allaha etiqadım var idi, ancaq ardınca olduğum dindən bədgüman idim. Mənim İslamla tanışlıq hekayəm belə olmuşdu. Mən Quranı mütaliə edib, müsəlmanlara isbat etmək istəyirdim ki, bu din doğru deyildir. Bir müddət keçəndən sonra fərqli bir baxışla Quranı mütaliə etməyə başlamışdım. Quranı oxumağım və onun bütün dünyaya işarəsi mənim dünyagörüşümü dəyişdirdi. Quran keçmiş dinlər və kitablar haqqında elə söhbətlər edirdi ki, mənim xristianlıq haqqında olan şəklərimi aradan qaldırdı. Quranı oxuyan zaman başa düşdüm ki, hər bir rəftarıma görə məsuliyyət daşıyıram. Nisbiçiliyin sürdüyü bugünkü dünyada mənəvi və əxlaqi hədəfləri təqdim edən İslam dini mənim üçün cazibəli oldu. Həmişə fəlsəfəyə böyük əlaqəm olduğu üçün, Quran mənim üçün təfəkkür qalasına çevrilmişdi. Quran uzun əsrlər boyu bir çox fəlsəfi suallara açıq cavab verir. Onların ən dərini insanın nə üçün xəlq edildiyidir.
Belə fikirləşirəm ki, yaxın dostlarımın çoxu təsəvvür edirdilər ki, mənim dinimi dəyişməyim bir müddət üçündür. Bir qədər keçəndən sonra yenə də xristian dininə qayıdacağam. Onlar heç cür təsəvvür edə bilmirlər ki, bu, çox dərin bir dəyişiklikdir. Bəzi dostlarım məni bu yeni şəraitimlə dərk etməyə cəhd etdilər.
İngiltərədə yaşayan müsəlmanlar arasında özünə inam çox zəifdir. Bu çətinlik İslama aid bəhslərdə və müzakirələrdə həll edilə bilər. İslam - bir fəza dini deyildir. Biz tamamilə öz mədəniyyətimizi də yaddan çıxartmalı deyilik. İslam dini - daxilimizdə olan yaxşılıqları üzə çıxarır və pislikləri islah edir. İslam bir növ bərabərlik yaradan bir dindir. Mənim nəzərimcə Həzrət Muhəmmədin (s) müraciəti insan rəftarında bərabərlik yaratmaq üçündür”.
/Deyerler.org/
|
Category: Salam |
Views: 628 |
Added by: ehlibeytasiqi
| Rating: 0.0/0 |
|