Müqəddəs Ramazan ayının son cüməsi ümumdünya Qüds günü ilə əlaqədar olaraq 25 avqust-2011-ci il tarixində İİR-nın Azərbaycandakı Səfirliyinin mədəniyyət mərkəzi Bakıda "Ramazan və İslam dünyasının birliyi” adlı konfrans təşkil etdi.
Quran qarisi İsapur qibləyə aid ayələri tilavət etdikdən sonra mərasimin aparıcısı Hacı Ramin Konfrans iştirkaçılarını salmlayıb, qısaca Qüds gününün məqsəd və məramından söz açdı. Daha sonra söz konfransda çıxış edənlərə verildi. İlk öncə İİR-nın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri İbrahim Nuru çıxış etdi. Sonra söz İİR-nın Azərbyacandakı fövqəladə və səlahiyyətli səfiri Doktor Bəhramiyə verildi.
Daha sonra çıxış üçün söz Həzrət Ayətullahul-üzma Seyyid Əli Xameninin Azərbyacandakı nümayəndəsi Huccətul-islam vəl-muslimin Seyyid Əli Əkbər Ocaq Nejad ağaya verildi. Seyyid Əli Əkbər Ocaq Nejad öz çıxışında bir neçə əhəmiyyətli məsələyə toxundu. O bildirdi ki, qəsbkar və zülmkar israil rejimi 60 ildir bir həqiqəti gizlətmək üçün çoxlu sərvətlər xərcləsəd buna nail ola bilməyib və Allahın köməyi ilə məqsədinə çata bilməyəcək. Onların bu qədər çalışmaqlarının qarşısında İmam Xomeyni ® Müqəddəs Ramazan ayının son cüməsini beynəlxalq Qüds günü elan etməklə bu həqiqətin gizlədilməsinin qarşısını aldı.
Seyyid Əli Əkbər Ocaq Nejad sözünün sonunda hamının qəlblərindən xəbər verən gözəl arzularla bitirdi. Mən bu müqəddəs ayda üç arzu edirəm. Birincisi budur ki, Qarabağ işğaldan azad olsun və oranın məscidlərinin birində camaat namazı qılaq. İkincisi Qüds məscidində İmam Zaman (ə.f) ağanın arxasında namaz qılaq. Üçüncüsü Məkkədə Kəbənin yanında İmam Zaman (ə.f) ağanın arxasında namaz qılaq.
Daha sonra konfransda Azərbaycan Yaşıllar partiyasının sədri Mayis Güləliyev, Demokratik dünya partiyasının sədri Elşad Əliyev, Hacı İlqar İbrahim oğlu, Vahid şairlər evinin rəhbəri Hacı Rafiq, BDU-nun professoru Hacı Əyyub çıxış etdilər. Mərasimdə iştirak edən Şair Rüstəm Tofiq "Ey Qoca Şərq” adlı şer oxudu. Sonda konfrans iştirakçılarına iftar süfrəsi verildi.
İhq_xəbər
|