"Ey iman gətirənlər həqiqətən şərab, qumar və asılmış bütlər və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır." (Maidə, 90)
Ayədən məlum olduğu kimi mövzu şərab haqqındadır. Şərab nəinki, bizim həmçinin bütün dünyanın ən qlobal məsələlərindən biridir. Bunun üçün mən sizlərə şərabın maddi və mənəvi ziyanlarını qeyd edəcəyəm.
Əziz möminlər mövzuya başlamamışdan əvvəl sizlərə İmam Rzadan (ə) nəql olunan bir hədisi nəzərinizə çatdırmaq istərdim. Muhəmməd ibn Sənan İmam Rzaya (ə) yazdığı məktubda Məkkə camaatı düşünürlər ki, İslamın halal və haramları kor təbii itaətdən başqa bir şey deyil və İslamın göstərişləri dəlil-sübutsuzdur. İmam Rza (ə) cavabında yazır " Məkkə camaatı belə fikirdədirlərsə yollarını azmışlar və aşkar zərər onlara üz gətirmişdir.
Əgər İslamın göstərişləri kor təbii olsaydı və hikmətli Allah dəlil və səbəbsiz hər hansı bir şeyi halal və haram etsəydi, o zaman Haqq əksinə göstəriş verməli idi, belə ki, halalları haram və haramları halal etməli idi. Sonradan camaata kor təbii olaraq namazı, orucu tərk etməyə və qanunsuz cinsi əlaqələr qurmağa vadar edərdi. Halbu ki, belə deyildir. Sonra İmam (ə) belə buyurur: Biz bilirik ki, Allah təalanın halal etdikləri insanların məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması bu hallarla bağlıdır. Camaat bu halal işlərə ehtiyaclıdırlar və onlardan heç bir zaman ehtiyacsız olmayacaqlar. Lakin haram işlər isə cəmiyyətin fəsadına gətirib çıxarır və xalqı məhvə sürükləyir. İmam (ə) yenə buyurur: İslam hökümləri necə dəlilsiz ola bilər? Bir halda ki, hikmət sahibi Allah yalnız insanın məsləhətinə və onun bədəninin sağlamlığına faydalı olanları halal etmiş və haramları isə onlarda zərər və fəsadın mövcudluğuna görə haram buyurmuşdur.”
Bəli əziz müsəlmanlar İmam Rzanın (ə) bu hədisdə bizlərə bir şeyin nə üçün halal və ya haram olduğunu açıq şəkildə bəyan etmişdir. Şərabda bu qəbildəndir.
Maddi zərərləri. Lances İngilis tibb jurnalında nəşr olunan bir yazıda "Az miqdarda spirtli içki qəbul etmək zərərli deyildir.” Kimi nəticələnən bütün tədqiqtların təməlindən alt-üst edildiyi məlum oldu. İndiyə qədər aparılan tədqiqatlarda çox miqdarda spirtli içki qəbul edənlərdən, az miqdarda qəbul edənlərdən və heç qəbul etməyənlərdən bir qurup təşkil edilmişdir. Bunlar əvvəlcə ciddi şəkildə tibbi müayinədən keçirilir və sonra bir-biriləri ilə müqayisə edilirdi. Çox miqdarda spirtli içki qəbul edənlərin səhhəti böyük bir təhlükə altında idi. Nadir halda içənlərin Səhhətində qismən problem var idi. Buna əsaslansaraq "Deməli, az miqdarda spirtli içki qəbul etmək zərərsizdir” nəticəsi çıxarılırdı. Lakin, haqqında danışdığımz tibb adamları nəticənin doğru olmadığını elan etdilər. Müəyyən miqdarda spirtli içki qəbul etmək nə xəstəliklərdən qoruyur nə də ömürü uzadır.
Təfsilatlı şəkilda aparılan tədqiqatlar bunun bir səhv olduğunu göstərirdi. Səbəbi də bu idi: Almanların 96%-i az və ya çox miqdarda hər gün pivə içirdi. Pivənin bu qədər sosial fəlakət halını alan ölkələrdə insanların Pivə qəbul etməyən 4 % isə qənaət bəxş olmayan və bu səbəbdən spirtli içki qəbul edə bilməyən insanlardır. Yəni, həmin adamlar müxtəlif xəstəliklərinə görə içməyə fasilə verənlərdir.
Əvvəllər içkidən istifadə etdiyinə görə sağlamlığını itirən və buna görə də spirtli içki qəbul etməyə fasilə vermək məcburiyyətində qalan insanların "spirtli içki qəbul etməyənlər” kimi göstərməsi doğru deyildir, elə səhvləri də bunda idi. Spirtin hətta damçısıda zərərli və orqanizm üçün zəhərlidir. Artıq elm də bunu isbat etmişdir.
Spirtli içkini insan orqanizminə bir çox zərərləri var biz onların bir neçəsini qeyd edəcəyik.
1. Alkaqolun başlıca və qısa muddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkaqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra öz real təsirlərini o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərini zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq. Anlaşılmaz danışıq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini ortaya çıxaracaqdır.
2. İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə duçar olmuş xəstələrin 87.5% spirtli içkilərin səbəbi ilədir. Spirtli içkilər sidiyin miqdarını daha da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.
3. Spirt qida maddələrini bərkləşdirir, belə ki, əti bir az spirt içinə atsaq aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt mədə südlərini azaldaraq xarab edir və qida üzərində təsir ediciliyinin qarşısını alır, belə həzm olunmamış qida mədə üzərində qalır. Spit həmçinin iştahanı da azaldir.
4. Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu uzun illər şəraba aludə olmuş şəxslərdir. 1902-ci ildə İngiltərə də göstərən statistika əsasən spirtli içkilər səbəbi ilə dəliliyə, ruhu xəstəliyə duçar olan insanların sayı 2249 kişi və 967 qadına bərabərdir.
Spirt haqqında söylənən bu zərərləri nəzərə alaraq niyə illəllərlə şərab içən bir sıra şəxslər sağlamdırlar? Əvvəla cavabı budur ki, sağlamlıq heç kəsin alnında yazılmayıb. Zahirən nəzərə çarpan şərab əhli şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunlulara düçardılar. Hansı ki, daima onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn, əgər kəskin qarın ağrılarına düçar olduqda onu düzgün qidalanmamağa nisbət verirlər. İkincisi də budur ki, şərabın zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8-dən sonra cismdən zahir olması söylənilir. Xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilmir.
Şərab içən şəxs özünü bir mütəxəssisə göstərərək müayinə olsa o zaman biləcəkdir ki, xeyli sayda zərərlər bədəninə daxil olmuşdur. Sual oluna bilər ki, az miqdar şərab da zərərlidirmi? Bəli necə ki, Doktor Melvin Kənzəli 1969-cu ildə Nyu Yorkda keçirilən spirt və spirtizmlə mübarizə adlı 8-ci beynalxalq konfransda deyib: Spirtin az istifadəsi də bir çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi Karolinanın Tibb İnistitut tədqiqat mərkəzinə başcılıq edən doktor Kənzəli eləcə də əlavə edib: Bəziləri güman edirlər ki, məclislərdə necə deyərlər boğaz yaşlasalar spirtə qurşanmayacaq və beyin pozğuntularına düçar olmayacaqlar. Halbuki bu zəmində həyata keçmiş araşdırmalar göstərir ki, spirtli içkilər az miqdarda belə beyin hüceyrələrində pozğuntulara səbəb olur.
Mənəvi zərərləri.
İmam Rza (ə) buyurur: Allah təala şərabı haram etdi. Çünki, şərab fəsad gətirir, şərab içənlərin əqlini alt üst edir, onları Allah təalanı inkar etməyə, Onun və Rəsulunun (s) adından yalan danışmağa, töhmət vurmağa vadar edib, eləcə də cinəyatkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir.
Bu günlər də biz tarixə və statistik məlumatlara baxdıqda dünyada cinayətlərin Allahsızlığın və fəsadın artdığının şahidi oluruq. Bu günahlarının bəzisinin Məsumların (ə) hədislərinə müraciət etməklə araşdıracağıq.
1. Bəzi rəvayətlərə əsasən şərab insanın şəxsiyyətini, onun həya abırını əlindən alır. Spirtli içki qəbul etmiş insan ictimai, dini, əxlaqi dəyərlərə etinasızlıq göstərir nəticədə istədiyi cinayətə əl atır. İmam Səccad (ə) buyurur: "İçki düşkünlüyü və qumarbazlıq iffət pərdəsini yırtan, şəxsiyyəti alçaldan günahlardandır.”
2. İnsani heyvandan üstün edən onun ağıl və düşüncəsidir. İnsan heyvandan fərqli olaraq həqiqətləri dərk edir, haqqı batildən seçir. Hansı ki, şərab insanın bu imtiyazını əlindən alır. Şərab içmiş şəxs heyvandan da aşağı alçalır. Çünki, şərab insanı süstləşdirir, ağlını dumanlandırır. Həqiqəti dərk edib, haqqı batildən seçməsinə mane olur. İmam Rza (ə) buyurur: "Allah şərabı haram etmişdır. Çünki şərab fəsad qaynağıdır.” Bundan əlavə o ağlın həqiqətləri dərk etmə gücünü alır, insanı xalq qarşısında abırdan salır və üzündəki, həyanı alır.
Bəli bir çox dövlətlər də bu abırsızlığın nəinki, xalq qarşısında şərab içən hətta öz ailəsində də öz nüfuzunu itirməyə başlayır və öz ailəsində heç bir dəyəri qalmır. Bu səbəbdən ailələr dağılmağa başlayır. Bizlərə məlumdur ki, cəmiyyət ailələrdə ibarətdir. əgər ailələr dağılarsa və boşanmalar artarsa cəmiyyət dağılar. Bunu misal olaraq biz böyük qərb dövlətlərinə nəzər etsək orada dinsizliyin, boşanmaların, işsiz qüvvələrin, qətillərin, qeyri-qanuni cinsi əlaqələrin... artdığını görərik. Beləliklə tarixə baxdıqda bir çox böyük dövlətlərin şərabın vasitəsi ilə çöküb başqa dövlətlərə məğlub olduğunun şahidi oluruq.
1. Fransız alimi Qustov Lobon yazır: İspaniyanın cənub bölgəsinin məhsuldar torpağını, yaşıl və təravətli təbiətini görən hər kəs deyə bilər ki, bu Ölkə ərəblərin əlinə keçdik də onların əhval ruhiyyələrində necə böyük təsir bağışlamışdır. Doğrudan da bu ölkənin abu-havası, məhsuldar torpağı, gözəl təbiəti heyran və valeh etmişdir.
Müsəlmanlar bu ölkəyə təxminən 800 il hökümranlıq etdilər. Müsəlmanların hakim olduğu 800 il ərzində xristianlar saysız hesabsız tədbir qanuni muharibələr törədsələr də bu ölkəni müsəlmanların əlindən ala bilmədilər. Nəhayət onlarar arasında fitnə-fəsad çirkinlikləri yaymaqla yavaş-yavaş bu ölkəyə nufuz etdilər. Cavanların qəflətindən əyyaşlıq və cinsi ehtiraslara qurşanmasından istifadə edib muhim mənsəbləri ələ keçirərək öz zərbələrini endirdilər. Kifayət qədər spirtli içki İspaniyanın şəhərlərinə daxil edib çox ucuz qiymətə müsəlman cavanlara satdılar. Hətta bir məsihi keşiş bir il ərzində İspaniyanın Qurtuba şəhərini bütün üzüm məhsulunu şərab çəkərək onu adi insanlara deyil yalnız tələbə və müsəlman cavanlara satılması ilə əlaqədar and içdi. Bu iş cavanların hətta qocaların belə bu zərərli içkiyə adət etmələrinə səbəb oldu.
2. Fransalıların özlərinin dediyinə əsasən ikinci dünya müharibəsində fransanın məğlub olmasının yeganə səbəbi əsgərlərin sərxoşluğa adət etmələri idi: "Fransa avropa üzrə şərab məhsulunun yarısını, Avropada dünya üzrə şərab məhsullarını qalan hissəsini istehsal edir. Bununla belə Fransanın istehsal etdiyi şərab daxildə kifayət etmir. Başqa sözlə desək dünyanın spirtli içkilərinin ¼ Fransa da istehsal edilsə də bu dünyanın 1/8 təşkil edən Fransızlar üçün kifayət etmirdi.
Əgər Fransanın ikinci dunya muharibəsində məğlub edilməsində əsas səbəbi bu xalqın alkoqolizimə ifrat dərəcədə varması olmuşdur desək yanılmarıq. 1944-cü ildə işğalçılar müttəfiq qoşunların köməyi ilə Fransa ərazisindən çıxarılaraq bu ölkə azad edildikdə dövlət başçıları və mutəxəssislər bu məğlubiyyətin əsas səbəbini araşdırmağa başladılar. Onlar bunun əsas səbəbini sərxoşluq və alkoqolizmlə əlaqələndirdilər. Beləliklə biz şərabın maddi və mənəvi zərərlərini araşdırdıq. Gördük ki, şərabın insana haram edilməsi əbəs deyil0miş. Bu mövzunu Qurani-Kərimdən, Allah-təalanın sual olaraq vurğuladığı ayə ilə bitirəcəyik. "Həqiqətən şeytan şərab və qumarla aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkməyəcəksiniz”
|