İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » İyun » 19 » Tarixi hərəkətə gətirən şəxsiyyət
1:31 PM
Tarixi hərəkətə gətirən şəxsiyyət
İmam Xomeynin (r) vəfatının 22-ci il dönümü ilə əlaqədar...

İmam Xomeyni (r) Müasir dünyada İslami oyanış hərəkatının və ədalətsevərliyin rəmzidir.

Tarixdə dərin iz qoyan böyük bir şəxsiyyətin vəfatının 22-ci ildönümü ərəfəsindəyik. İmam Xomeyni (r) həqiqətən də zamandan və məkandan üstün düşünür, hərəkət edir, belə məfhumlara sığmırdı. Bu məqalədə çalışacağıq ki, həmin cahanşümul işlərin bir hissəsinə nəzər salaq. Mövzuya körpü qoymaq üçün ilk öncə müqəddəs İmamın yaşadığı dövrün xüsusiyyətlərindən başlamalıyıq.

İran İslam İnqilabının şərəfli qələbəsi ilə bütün dünyada Ayətullah Xomeyninin (r) İlahi və mənəvi mesajları səsləndi. O, əsl islamın dərin təlimləri ilə müasir cəmiyyətlərin ictimai, siyasi və mədəni qanunlarını dəyişdirdi, maddi və allahsız nizamları zəhmətə saldı və yeni əsri başladı. İslam inqilabının böyük rəhbəri Ayətullah Seyid Əli Xamenei həmin əsrin xüsusiyyətləri barədə buyurur: "Din və mənəviyyatın dəyərin ziddi olduğu və istehza edildiyi o günlər keçmişdir. İndi dinsizlik və mənəvi etiqada malik olmamağın özü dəyərin ziddidir və bu, İmam Xomeyninin (r) dünyada bayrağını qaldırdığı yeni əsrin xüsusiyyətlərindəndir". O, başqa bir yerdə təkidlə deyir: "Bu dövran (İmam Xomeyni əsri) İslam mərhələsidir, İlahi və mənəvi dəyərlərin qələbə çaldığı dövrdür.

Sonra belə buyurur: "Deyilməmiş sərgüzəşt və adətən yazılı qalaraq ibrətamiz dərs olan cərəyan tarixin misilsiz fenomenidir". Və tövsiyə edir ki: "Bizim ən böyük vəzifəmiz İmamın başladığı və milləti həmin fəzaya saldığı, dünyaya elan etdiyi əsrin xüsusiyyətlərini bilmək və əzbərləməkdir".

İmam Xomeyninin (r) SSRİ-nin keçmiş başçısına məktubu

Həzrətin Mixail Qorboçova tarixi məktubu əsrin mühüm siyasi sənədlərindən sayılır. Xüsusilə də onun Sovet İttifaqının dağılması barədə isbatları, SSRİ-nin Qərbə söykənməsi üzündən xəsarətləri və müttəfiqlərinin öz iqtisadi mənbələrini ona vermək prosesinin dayanacağı haqda qeydləri xüsusi əhəmiyyətə malikdir. İmam Xomeyni (r) çalışdı ki, bu məktubda bir neçə mühüm nöqtəni Qorbaçova anlatsın:

1. Marksizm və Leninizm təsəvvürlərinin əksinə olaraq İslam və dini dəyərlər itməyən fenomen və millətlərə ruh verən mənbələrdir.

2. Kommunizm və maddi məktəblər xəyaldır, müvəqqətidir və süquta məhkumdur.

3. Qərb Rusiyanın problemlərinin həlli üçün etimadlı söykənəcək deyil.

Bütün bunlara rəğmən M.Qorbaçov Ayətullah Xomeyninin (r) xəbərdarlığını ciddi saymadı və diqqətsizlik üzündən nəticə də İmamın öncədən gördüyü kimi alındı. Yəni bir tərəfdən Qorbaçova aydınlaşdı ki, Qərbin kapital mərkəzinə pənah aparmaq Rusiyanın dərdinə dərman olmayacaq və "başqaları" meydana gələrək səhvlərini düzəltmək bəhanəsi ilə onu kənara qoydular.

1999-cu ildə İmam Xomeyninin (r) dünyadan köçməsinin onuncu ildönümündə SSRİ-nin birinci və sonuncu prezidenti İran İslam Respublikasının banisini xatırlamış, onun xəbərdarlıqlarına əhəmiyyət vermədiyinə görə təəssüflə demişdir: "Mənim nəzərimcə Ayətullah Xomeyninin (r) müraciəti tarix boyu bütün əsrlərə olan müraciət idi".

Daha sonra qeyd etmişdir: "Mən bu məktubu alanda hiss etdim ki, onu yazan mütəfəkkir və dünyanın taleyi üçün ürəyi yanan bir şəxsdir. Məktubu mütaliə etdikdən sonra bu qərara gəldim ki, o, dünya üçün nigarandır və istəyir ki mən islam inqilabını daha yaxşı tanıyam və dərk edəm".

Qorbaçov Rusiyanın iqtisadi və siyasi problemlərini şərh edərək demişdir: "Əgər biz Ayətullah Xomeyninin (r) öncədən xəbər verdiklərini ciddi saysaydıq, bu gün belə bir vəziyyətin şahidi olmazdıq".

SSRİ-nin Qərblə əlaqələrinə işarə vuraraq bildirmişdir ki: "Ölkənin iqtisadiyyatı elə əvvəldən yıxılmaq üzrə və süqutda idi, həqiqətdə dünya ilə ayaqlaşa bilmirdik... Biz soyuq müharibədən üzümüzü çevirərək dövlətlərlə əlaqələr qurmağa başladıq. Ancaq qərblilər bu müharibədə qalib oldular..."

Salman Rüşdünün mürtədlik hökmü

İran-İraq müharibəsi sona çatdı və Qərbin siyasi rəhbərləri inqilabçı İslam əleyhinə yeni hücumlara başladılar. Başa düşdülər ki, İslam hərəkatı inkişafa doğrudur və onu hərbi yolla dağıtmaq olmaz. Yeni cəbhə, mədəni, ruhi və ideologiya cəbhəsi idi.

Salman Rüşdünün geniş surətdə yazdığı biabırçı "Şeytan ayələri" kitabının hazırlanıb çap olunması və Qərb dövlətləri vasitəsilə rəsmi himayəsi mədəni hücumun başlanğıcı sayıla bilər. Əgər İslam cəmiyyəti Həzrət Peyğəmbərimizə (s) qarşı bu təhqirə müqavimət göstərməsəydilər, dini əsaslar və müqəddəslər daha müxtəlif formalarda hücuma tuş gələrdilər. Və beləliklə İslam dünyası daxilən kimliksiz qalar, Qərbin ideologiyası və mədəni hücumu qarşısında silahsız olardı.

İmam Xomeyni (r) məsələni dərindən dərk edərək 13 fevral 1989-cu ildə bir neçə qısa sətirlə Salman Rüşdünün mürtədliyi və edamı hökmünü verdi. Kitabın küfr mətnindən xəbərdar olan tərəqqi pərvər naşirlər inqilab etdilər və müsəlmanların Qərb qarşısında birləşmələri ilə İslam cəmiyyətinin mövcudluğu vahid bir ümmət kimi cilvələndi.

Beynəlxalq Qüds Günü

İmamın nəzərincə, dünyada istilaçı super güclərin mövcudluğunu və zülmünü qəbul etməklə həqiqi sülhə nail olmaq xam xəyaldan başqa bir şey deyildir. O, qəsbkar İsrail dövlətinin mənşəyinin mahiyyəti barədə buyurur: "Zatən terrorist olan Amerika bütün dünyanı atəşə salan bir dövlətdir, müttəfiqi isə dünya sionizmidir. Onlar öz istəklərinə çatmaq üçün qələmlərin yazmağa və dillərin söyləməyə həya etdikləri cinayətlər törədirlər”.

Ayətullah Xomeyni (r) həmçinin Ramazan ayının son cüməsini "Qüds günü" adlandırmaqla bütün dünya müsəlmanlarından fələstinli mübarizlərlə birliklərini elan etmələrini istədi. İmam Qüdsün azadlığını yalnız Allaha, imana söykənməklə, cihad və şəhadət məktəbinə üz tutmaqla İsrailin yenilməsinə qədərki silahlı mübarizədə görürdü.

Vəhdət həftəsi

İran İslam Respublikasının banisi 70-ci illərdə İslam düşmənlərinin müsəlmanlar arasında fitnə və ixtilaf yaratmağa məşğul olduqları bir vaxtda hicri qəməri tarixinin rəbiul-əvvəl ayının 12-dən 17-ə qədər olan günləri "vəhdət həftəsi” elan etdi. Belə ki, onun başlanğıcı və sonu şiə və sünni mənbələrində olan iki rəvayətə əsasən, Əziz İslam Peyğəmbərinin (s) viladəti günləridir.

İmam Xomeyninin (r) təşəbbüsü elə ilk başlanğıcdan İslam düşmənlərinin bir çox anti-islam planlarını və hiylələrini alt-üst etdi. Bu barədə keçmiş baxışı dəyişməklə və məntiqi yanaşmayla şiə və sünni məzhəbləri arasında daha yumşaq bir fəza yaratdı ki, İslam məzhəbləri arasında müxtəlif mədəni və elmi sahələrdə dialoq və yaxınlaşma ilə nəticələndi.

İmam Xomeyni (r) müsəlmanlar arasında birliyin yaraması üçün aşağıdakıları lazım sayır: xürafatla mübarizə, düşmənçilik amilinə çevrilmiş bəzi təfriqə salan adət-ənənələrin kənara qoyulması, cəmiyyəti maarifləndirmək, müsəlmanların məsləhəti səviyyəsində eyniləşdirmə, müştərək nöqtələrin tapılması və ixtilafları azaltmaq üçün çalışmaq, səliqə fərqliliklərinə dözmək, təfəkkür azadlığının müdafiəsi, müsəlmanların problemlərinin həllində vəhdətin roluna inanmaq və ona etimad etmək.

İslam inqilabı və İslam cümhuriyyətinin yaranması

İslam inqilabının qələbəsi nəzər sahiblərinə görə, Qərb dünyası üçün dağıdıcı zəlzələ idi ki, İslam aləmində və üçüncü dünya ölkələrində azadlıq təşnəli bir dalğa yaratdı. İran İslam İnqilabı dünyanın müxtəlif bölgələrinin Şərq və Qərb bloku arasında bölündüyü bir vaxtda "nə şərq, nə qərb" şüarı ilə qələbə çaldı və müasir əsrdə ilk dəfə millətlərin mübarizəsində dini əsas rol kimi ortaya çıxardı. Bununla 11 fevral 1979-cu il sübh çağı yeni İslam quruluşu bütün kainata səs saldı.

Lakin düşmənçilik də geniş surətdə yayılmağa başladı. Rəqib cəbhəyə ABŞ başçılıq edirdi, İngiltərə, keçmiş SSRİ və Qərbə bağlı bəzi Avropa dövlətləri və rejimlər fəal iştirakçı idilər. Başqa bir tərəfdən Amerika və Avropanın təbii sərvətləri talan etməsi ilə şah rejimindən miras qalmış və tamamilə neft gəlirlərinə bağlı iqtisadiyyat çoxlu ixtilaflara düçar oldu.

Bütün çətinliklərə baxmayaraq, İmam Xomeyni (r) sülhə razı olmadı və inqilab qrumları yaratmaqla, müvəqqəti dövlətin zəifliyini aradan qaldırmaqla inqilabın davamını təzmin etdi. İran xalqı da fədakarcasına inqilab səhnəsində durmuşdu və 1979-cu ilin 1 aprel referendumunda 98.2 faiz səslə İslam respublikasına müsbət cavab verdilər və ardınca konstitusiya qəbul olundu və İslami Məclis Şurasına seçkilər keçirildi.

Views: 2514 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024