İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 3
Qonaq: 3
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » İyun » 21 » Vilayət ayələri (1)
8:35 AM
Vilayət ayələri (1)
Qurani Məcid İslam Peyğəmbərinin (s) əbədi yaşar möcüzəsidir. Allah onu nqazil etməklə insanların elm və əməl proqramını təsdiq etdi. Hər bir susuz bu kəlamın həqiqətlər toplusu olan zülalından dadsa doyar, hər yolunu azmış şəxs onun nuru və hidayəti sayəsində nicat tapa bilər. amma Qurandan yalnız vəhy ailəsinin vasitəsi ilə istifadə etmək lazımdır. Belə olan təqdirdə onun batini və zahiri mənalarını əxz edib sirr və rəmzlərini anlamaq mümkündür. Onlar dinin kökü və ilahi hikmətin sahibdirlər.


Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: "Mən sizin aranızda iki ağır əmanət qoyuram: biri Allahın kitabı, ikinci isə mənim Əhli-beytimdir. Onlardan ayrılmayın ki, yolunuzu azmayasınız". Quranı yalnız onun müəllimləri vasitəsilə, pak və müqəddəs imamların rəhbərliyi altında öyrənib əməl etmək hər bir müsəlmana vacibdir. Quranda məsum İmamlar (ə) barəsində saysız dərəcədə ayələr mövcuddur. Silsiləvi yazılarla bu ayələrin qısaca təfsir və açıqlamasını əziz oxuculara təqdim edəcəyik. Qeyd etmək lazımdır ki, yazı seyyid Baqir Mühhəmmədi Nəsəbin "Ayatul-vilayə" adlı əsərinin tərcüməsi əsasında hazırlanıb. Bu kitabda Əhli-beyt (ə) barədə mindən artıq ayənin təfsir və açıqlaması verilmişdir.


Fatihə surəsi Bu surə Məkkə şəhərində nazil olub. 7 ayədən ibarətdir. Bu mübarək surənin 3 ayəsini İmamlar (ə) barəsində təfsir ediblər: Birinci ayə: "Bismillahir rəhmanir rəhim" - Bağışlayan və Mehriban Allahın adı ilə. Bu ayənin təfsirini imam Sadiqdən (ə) soruşduqda o həzrət (ə) buyurdu: "Ba" Pərvərdigarın cəmalına işarədir. "Sin" - Allahın şəninin ucalığı və böyüklüyüdür. "Mim" Allahın əzəmətidir. "Allah" - bütün məxluqatın xaliqidir. "Rəhman" - Allahın bütün yaradılmışlara olan geniş rəhmətidir. "Rəhim" - Allahın möminlərə xüsusi rəhmətidir". İmam Həsən Əskəri (ə) bu ayənin təfsiri barədə belə buyurur: "Bismillahir rəhmanir rəhim" - Allahın ismi-əzəminə gözün qarasının ağına olan yaxınlığından daha yaxındır".


Bu hədis elə bu cür açıqlama ilə imam Rzadan (ə) da nəql olunur. İmam Sadiq (ə) bu barədə buyurur: "Bismillahir rəhmanir rəhim" - Allahın ismi-əzəmidir". Rəsulullah (s) buyurmuşdur: "Müəllim uşağa "Bismillahir rəhmanir rəhim" cümləsini öyrətdikdə uşaq onu dediyi anda Bağışlayan Allah o uşağ, ata-anası və müəllimi üçün cəhənnəm odundan azadlıq bəraətini yazar". Başqa bir rəvayətdə belə buyurulmuşdur: "Bismillahir rəhmanir rəhim" ilə başlayan hər bir dua geri qaytarılmaz. Qiyamət günü ümmətimin "Bismillahir rəhmanir rəhim" deyənləri məhşərə gəldikdə onların savabları ağır gələr. Bütün ümmətlər soruşarlar ki, niyə Muhəmməd (s) ümmətinin əməlləri bu qədər ağır gəlir. Peyğəmbərlər buyurarlar: "Onların bütün əməllərinin başlanğıcı Allahın üç adı ilə başlanmışdır. Əgər bu adlar əməl tərəzisinin bir gözünə, bütün məxluqatın günahları digər gözünə qoyulsa yenə də onların savabları daha ağır gələr".


Üç addan məqsəd "Allah", "Rəhman" və "Rəhim"dir. Əmirəl-Möminin (ə) müqddəs "Rəhman" adının təfsiri barədə buyurmuşdur: "Rəhim kəlməsini bağışlayan Allah öz rəhmətində birləşdirib buyurur: "Ənər-rəhman" - "Mən Rəhmanam", "Rəhim" Muhəmməddir (s). Muhəmmədi (s) böyük bilmək Allahı böyük bilməkdir, Muhəmmədin (s) qohumlarını böyük bilmək Muhəmmədi (s) böyük bilməkdir. Bizim şiəmiz olan hər bir mömin kişi və qadın Muhəmmədin (s) qohumudur və onları böyük bilmək Muhəmmədi (s) böyük bilməkdir. Vay olsun o kəsə ki, Muhəmmədin (s) ehtiramından bir şeyi yüngül tutsun. Xoş olsun o kəsin halına ki, Onun (s) hörmətini qoruyur, qohumlarını əzizləyir və sileyirəhm edir (qohumlarla əlaqə saxlayır)". Ayə 5: "İhdinəs siratəl mustəqim" - "Bizi düzgün yola hidayət et".


İmam Sadiq (ə) bu ayə barədə buyurmuşdur: "Sirat" Allahı tanımağın yoludur və o iki hissəyə bölünür: Biri dünyadakı "Sirat", digəri isə axirətdəkidir. Dünyada olan "Sirat" o imamdır ki, Allah ona itaəti vacib etmişdir. Hər kim dünyada onu tanıyıb iqtida etsə (tabe olsa) axirət "Sirat"ında cəhənnəm üzərində qurulmuş körpüdən keçər. Amma imamı dünyada tanımayan kəs axirətdə "Sirat" körpüsündə ayaqları əsər və cəhənnəmə düşər". Başqa hədisdə buyurulur: "Siratəl mustəqim" Əmirəl-Möminin Əlidir (ə)". İmam Baqir (ə) "Siratəl mustəqim"in təfsirində buyurmuşdur: "Siratəl mustəqim həzrət Muhəmməd (s) və onun Əhli-beytidir (ə)". Həskani özünün silsiləvi sənədi ilə "Əbu Bəridə"dən bu ayə barədə belə nəql edir: "Siratəl mustəqim" Muhəmməd (s) və Ali Muhəmmədin (ə) yoludur". Həməviyəni özünün sənədi ilə Əmirəl möminindən (ə) rəvayət edir ki, "Sirat"dan məqsəd bizim vilayətimizdir.


Qənduzi də öz sənədi ilə Əsbəğ ibn Nəbatədən nəql edir ki, Əmirəl-Möminin (ə) "Sirat"ın təfsirində belə buyurmuşdur: "Bu, Əhli-beytin vilayətidir". O, həmçinin öz sənədi ilə İmam Sadiqdən (ə) rəvayət edir ki, "Sirat"dan məqsəd Əmirəl-Mömininin (ə) vilayətidir. İbn Bətriq Sələbinin təfsirindən nəql edir ki, "Sirat"dan məqsəd Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) yoludur. İbn Əbbas da bu barədə belə buyurmuşdur: "Ey camaat! Deyin, Pərvərdigara! Bizi Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məhəbbətinə hidayət et". İmam Səccad (ə) bu barədə belə buyurur: "Allah və onun hüccəti arasında heç bir pərdə yoxdur. Biz Allahın yolunun qapılarıyıq, biz "Siratəl müstəqim"ik. Biz, Allah elminin qablarıyıq. Biz, Allah vəhyinin tərcüməçiləriyik. Biz, Allahın tohidinin kökləri və onun sirrlərinin saxlandığı yerik".


Ayə 7: "Siratəl ləzinə ənəmtə ələyhim, ğəyril məğzubi ələyhim, vələz zallin" - "Nemət verdiyin kəslərin yoluna (hidayət et), qəzəb edib dərgahından qovduqlarının yoluna yox". Rəsulullah (s) bu ayənin barəsində buyurmuşdur: "Nemət bəxş olunanlardan məqsəd Əlinin şiələridir ki, Allah onlara Əli ibn Əbu Talibin (ə) vilayətini əta edib, onlara qəzəb etməyib və onlar yollarını azmayıblar". Həskani özünün silsiləvi sənədləri ilə Zeyd ibn Əsləmdən nəql edir ki, Allahın nemət bəxş etdiyi şəxslərdən məqsəd Rəsulullah (s), Əli ibn Əbu Talib (ə) və onun şiələridir. Bəqərə, ayə 2 - 3: Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.


Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, imam belə buyurmuşdur: "Bu ayələrdəki "Kitab" sözünün mənası Əlidir (ə) ki, onda heç bir şəkk-şübhə yoxdur və o, Əhli-beyt (ə) şiələrini hidayət edir. O kəslər ki, qeybə iman gətiriblər, namaz qılırlar, onlara verilən elmdən infaq edirlər və başqalarına xəbər verirlər".

Attachments: Şəkil 1
Views: 920 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024