İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 3
Qonaq: 3
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Noyabr » 11 » Zilhiccə- Ümməti ağuşa alan rəhmət ayı.
11:04 AM
Zilhiccə- Ümməti ağuşa alan rəhmət ayı.
Mübarək Zilhiccə ayının ilk günlərindəyik. Allah-Təalanın bərəkətli aylarından olan mübarək Zilhiccə ayı bir çox əlamətdarlıqlarla zəngindir. Bu nurani ay hər şeydən əvvəl həcc ayıdır. Zilhiccə ayı ümməti həcc ziyarətinə səsləyən, Allahın qonaqlığına dəvət edən aydır. Zilhiccə ayı ümməti ağuşa alan rəhmət ayıdır. Allah-Təala bizləri bu ayda Onun rəhmətinə nail olanlardan və bərəkəti ilə müşərrəf olanların qərar versin! Amin!

Zilhiccə- Üsuliddin və firuiddin ayı.

Sözün gerçək mənasında Zilhiccə ayı əslində həm bir üsuliddin, həm də, firuiddin ayıdır. Çünki bu ayda Allahın təkliyinə şəhadət var. Zilhiccə ayı hər şeydən əvvəl bir Tovhid ayıdır. Bu ayın hər səhnəsi, bu ayda baş verən hadisələrin hər fraqmenti Allahın zikrindən ibarətdir. Bundan əlavə bu ayda ilahi ədalətin təcəlla elədiyi tarixi hadisələr vardır. Məsələn, belə hadisələrdən həcc ziyarətini, Mübahilə gününü qeyd edə bilərik. Zilhiccə ayında Qədir-Xum bayramları kimi gözəl bayramlar var ki, Qədir-Xum bayramının özü - ədalətin bərqərar olunduğu bir bayramdır. Həmin gün dinin kamilləşdiyi bir gündür. Qurban bayramı bir başqa mənada ədalətin təcəlla elədiyi bir bayramdır.

Zilhiccə ayı həm də, nubuvvət və imamət ayıdır. Bu ayın onuncu günü- Qurban bayramında Həzrət İbrahimin (ə) və Həzrət İsmailin (ə) başına gələn hadisələr var. Bu ayın 18-ci günü- Qədir-Xum günüdür ki, həmin imamət günüdür. Zilhiccə ayı həm də, məad ayıdır. Çünki bu ayda olan həcc ziyarətinin demək olar ki, hər bir əməli məadı xatırladır, Axirət, Axirət aqibəti haqqında insanı düşünməyə vadar edir. Zilhiccə ayının özünəməxsus namazları vardır. Bu ayın ilk ongünlüyünün orucu vardır ki, bu orucu tutan şəxslərə böyük savablar və mukafatlar vəd edilib.

Bu ayın həcc ziyarəti- ilahi ziyafət birbaşa xums və zəkatla da, bağlıdır. Həcc əməli özü firuiddinin bir qoludur ki, bu ay elə həcc ayıdır. Cihad var Zilhiccə ayında. Allah-Təala insanları hər zaman nəfslə cihada səsləyir, amma bu ayda və xüsusiylə də, həcc ziyarətində daha çox insanlar nəfsə qarşı cihada çağrılırlar. Əmr be məruf, nəhy əz munkər, təbərra və təvəlla da, öz yerində. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək, eləcə də, Allah dostları ilə dostluq və düşmənləri ilə düşmənçilik zatən İslamın təməlində var, İslamın ana mövzusu budur. Zilhiccə ayında da, bu mübarək aməllərə insanlar çağrılıblar və bu vəzifələrlə mükəlləf olublar.

Zilhiccə ayı və tarixi-əlamətdar günlər.

Zilhiccə ayında bir çox mübarək tarixi hadisələr baş vermişdir ki, bu mübarək tarixi hadisələr bu aya daha çox ilahi ab-hava və rəng qatır. Əslində bu hadisələrin hər biri haqqında xüsusi qeydlər etmək, bəhslər aparmaq rəvadır. Çünki bu hadisələr heç də, sıradan baş verən və yaxud o zamanın şəraitinə uyğun meydana gələn hadisələr deyildir. Bu hadisələr heç də, təsadüfi meydana gəlməyib. Bu hadisələrin hər biri bir ilahi səhnə, bir ilahi lütf, bir ilahi mərhəmətdir. Bu hadisələrin hər biri ilahi ssenaridir. Bəşər övladı üçün böyük dərslər olan hadisələrdir. Bu hadisələr əvvəldə qeyd etdiyimiz kimi "Zilhiccə ayı üsuliddin və firuiddin ayıdır!”- deməyə əsas verən aylardır.

Zilhiccə ayı və ailə münasibətləri.

Zilhiccənin ilk günü Həzrət Əli (ə) ilə Xanım Zəhranın (ə) izdivac günüdür. Hicrətin 2-ci ilində Həzrət Əli (ə) ilə Xanım Zəhra (ə) ailə həyatı qurublar. Bu gün ailə münasibətlərinin necə qurulduğunu öyrədən, sağlam təməllər üzərində ailə qurmanın vacib bir ilahi əmr olduğunu diqqətə çatdıran gündür. Bu elə bir ailədir ki, fəzilətdə heç bir ailə o ailəyə çata bilməz. Çünki bu ailə dünyanın ən nümunəvi bir ailəsidir, bu ailə əslində bir məktəbdir. "Necə xoşbəxt olaq?”, "şərafətə necə çataq?” kimi bir çox sualları cavablandırır bu ailə. Bu ailə bir ailədir ki, Quranda mədh edilir. Bu ailə bir ailədir ki, bu ailədə ümmətin üç imamı (ə) var. Bu ailə Həzrət Peyğəmbərin (s) ailəsidir. Bu ailəni sevindirənə ilahi mukafatlar, qəzəbləndirənlərə isə ilahi cəza vəd edilib. Bu ailədə cənnət cavanlarının ağaları dünyaya gəlir. Bu ailənin bir üzvünü qəzəblərdirmək Peyğəmbəri (s) və Allahı qəzəbləndirməkdir. Bu ailənin bir üzvünü sevindirmək isə Peyğəmbər (s) və Allahı sevindirməkdir.

Bu ailədə iki dünyanın Xanımı, Peyğəmbərin (s) ciyərparəsi Xanım Zəhra (ə) var. Bu ailədə- Quranın Peyğəmbərin (s) özü kimi tanıtdırdığı Həzrət Əli (ə) var. Bu ailədə ümmət imamları Həsən (ə) və Hüseyn (ə) var.

Həcc və Qurban bayramı.

Zilhiccənin 8, 9 və 10-cu günləri- tərviyə, ərəfə və Qurban bayramı günləridir. Bütün ilahi fəzilətləri, insani keyfiyyətləri, Allaha yaxınlaşdıran əməlləri- ixlası, zikri, təqvanı, Allaha bağlılığı, fədakarlığı, dözümlülüyü, iradəni, səbri, Allaha təvəkkül etməni... və s. özündə cəmləşdirən və özündə təcəlli etdirən gündür- Qurban bayramı günü. Qurban bayramında o fəzilət yoxdur ki, olmasın. Bu bayramda bütün müqəddəsliklər, bütün ülvi dəyərlər vardır.

Bu bayramda Həcdə olanlara həmin gün vacib edilib ki, Allah yolunda qurban kəssinlər. Ziyarətdə olmayanlar isə imkan daxilində qurban kəsib fəqirlərə paylamalıdırlar. Əslində Qurban bayramında qurban kəsmək zahiri bir əməldir. Bəlkə də, bu səbəbdəndir ki, bu bayramda qurban kəsmək hər kəsə vacib edilməyibdir. Amma, bu bayramın batininə, ruhuna baxmaq lazımdır. Bəsirət gözü ilə tamaşa etmək lazımdır bu bayrama. Qoç kəsməkdə heç də, əvvəldə sadalanan müqəddəs dəyərlər, insani keyfiyyətlər yoxdur. Qoç kəsmək hara, səbr etmək, təvəkkül etmək, ixlas, Allaha bağlılıq, Allahın təqdirinə razı olmaq hara? Qurban bayramının mahiyyəti və fəzilətləri onun batinində, bətnində gizlənmişdir.

Bu bayramda Həzrət İbrahim (ə) və ailəsinin əzmkarlığı, səbri, dözümü, Allaha təvəkkül və dua etməsi, fədakarlığı və ən əsas Allahın əmrinə təslim olmağı var. Həcc və qurban bayramı Allah yolunda insanın hətta, canından keçməsi dastanıdır. Həm həcc əməlində və həm də, qurban bayramında insanın Allah tərəfindən göndərilməsi və Allaha tərəf qaytarılacağı təlqin edilir insana. Həcc əməlinin hər bir əməli ilahi təqvaya dəvətdir. Həccin "ləbbeyk” zikrləri- Allahın dəvətini və əmrlərini qəbul etmək, əmrinə təslim olmaqlıqdır. Kəbə evinin təvafı Allahın varlığına əməli olaraq şəhadət verməkdir. Ehram bağlamaq- insanların həşr olunacağı günü xatırladır, ehram geyimi insana bir zaman öləcəyini, kəfənə bürünəcəyini xatırladır. Şeytanı daşlamaq mərasimi insanlara- onların şeytana deyil, Allaha ibadət etmələrini öyrədir, bütlərin anası olan nəfsi daşlamağı təbliğ edir. Həm həcc ziyarətində və həm də qurbanlıqda Həzrət İbrahim (ə) və Həzrət İsmail (ə) xatırlanır, Allah insanları səsləyir ki, O Həzrətlərin əməllərindən ibrət alsınlar.

Zilhiccə Əhli-Beyt (ə) ayıdır.

Mübarək Zilhiccə ayı Əhli-Beytin (ə) ayıdır. Bu ayda Əhli-Beyt (ə) məktəbinin dərsləri vardır. Fədakarlıq və Allaha bağlılıqda Əhli-Beytin (ə) mislində heç bir ailə yoxdur. Zilhiccə ayını tarixi-əlamətdar hadisələr rövnəqləndirirsə, bu hadisələrdən ən önəmlisi, ən başlıcası elə Əhli-Beytlə (ə) bağlı olan hadisələrdir. Zilhiccə ayında Əhli-Beyt (ə) haqqında bir-birinə zəncirvari bağlı olan hadisələrin hər biri bir fədakarlıq, ixlas, Allaha təvəkkül etmək, səbr və duada öncül olmaq dərsləridir. Bu ayın 15-i İmam Əliyyən-Nəqinin (ə) mövlududur. İslam ümməti üçün böyük bir bayramdır bu gün. Çünki İmamət xəttinin davamiyyət tapdığı bir gündür bu gün.

Zilhiccənin 18- i əzəmətli bir bayramdır; Qədir-Xum bayramı İslam dünyasının ən əzəmətli və əziz bayramlarından biridir. Biz necə ki, Məbəs bayramı- İslamın zühur etdiyi, Peyğəmbərimizin (s) peyğəmbərliyə seçildiyi və ilk Quran ayəsinin nazil edildiyi günü və bayramı yüksək şövqlə, təntənə ilə qeyd edirik, bir-birimizi təbrik edirik, İmam Zaman (ə.f) Ağanı təbrik edirik, eləcə də, Qədir-Xum bayramında da, belə etməliyik. Məbəs bayramı İslamın gəldiyi gündürsə, Qədir-Xum bayramı İslamın kamala yetdiyi nemətin tamamlandığı bayramdır. Nubuvvətin imamətə qovuşduğu, İslamın başsız qalmadığı, əmanətdar, İslam yolunda canından keçməyə hazır olan bir insana tapşırılan gündür- Qədir-Xum günü.

Zilhiccə ayının 24-cü günü "Mübahilə günü” adı ilə İslam dünyasında məhşurlaşıb. Həzrət Peyğəmbərimizin (s) Nəcran məsihiləri ilə mübahilə etdiyi gündür. Həmin İslam dünyasında çox əhəmiyyət bir gün hesab edilir. Çünki bu gün həm Əhli-Beytin (ə) əzəməti, fəzilət və məqamı açıqlanır və həm də, İslamın haqq din olduğunu məsihilər özləri də, istəmədən etiraf edirlər. Bu gün Peyğəmbər (s) və Nəcran məsihiləri yalançılara Allahın lənət yağdırmasını istədikləri gündür. Bu gün İslamın əzəməti bir daha aşkarlanır.

Bu gün həm də, Həzrət Əlinin (ə) namaz qılarkən rukuda üzüyünü sədəqə verdiyi, fəqirə bağışladığı gündür. Həmin gün Həzrət Əli (ə) məsciddə namaz qılarkən ruku halında ikən məscidə bir fəqir daxil olmuş və Həzrət Əli (ə) ibadət halında ikən bir başqa ibadətə əncam vermiş və Allahın razılığını qazanmaq üçün barmağındakı üzüyünü fəqirə işarə edərək ona bağışlamışdır.

Zilhiccə ayının 25-i "həl-əta” ayəsinin nazil edildiyi gündür. Bu gün Əhli-Beytin (ə) üç gün ardıcıl öz ruzilərini miskin, yetim və əsirə verdikləri gündür. Bu 3 günün hər biri və bu günlərdə ki, hər əməldə ixlas, təqva, Allaha bağlılıq, fədakarlıq, Allaha təvəkkül etmək, səbr və dözümlülük göstərmə, təvazökarlıq, imkansıza yardım etmək, imtahandan üzü ağ çıxmaq, pəhrizkarlıq dərsləri vardır.

Bu hadisələrə Quranın verdiyi dəyər.

Qeyd edilən bütün bu tarixi-əlamətdar, ibrətlərdə dolu olan, hər biri bir məktəb olan hadisələr haqqında- istər həcc ziyarəti olsun, Qurban bayramı olsun, istərsə də, Əhli-Beytlə (ə) bağlı olan hadisələrin hər birinin yüksək dəyərə, ilahi əzəmətə malik olmasını Allahın Kitabı Qurani-Kərim təsdiq edir. Bu hadisələrin, bu fədakarlıqların və fəzilətlərin hər birisi haqqında Quranın xüsusi mədhləri və tərifləri vardır. Qurani-Kərimdə ayələr nazil edilib ki, Əhli-Beyti (ə) bu əməllərinə görə tərif edir, O Həzrətlərin əzəmətini göstərir. Təbii ki, Quranın mədh elədiyi bu fəzilətlərin və bu tarixi hadisələrin hər biri haqqında xüsusi bəhslər etmək, həmin ayələri zikr etmək və barəsində geniş söhbət aparmaq daha çox məsləhətə müvafiqdir. Burada isə qısaca olaraq Zilhiccə ayının mənəvi ay olmasından, ümməti ağuşa alan rəhmət ayı olmasından danışdıq və bu aydakı tarixi hadisələrə qısaca nəzər saldıq!

Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!

Category: Salam | Views: 682 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024