"YETİŞ EY İMAM ZAMAN”
Nəfsimizin əlindən düşmüşük neçə dərdə. Zalımların zülümü tuğyan edir hər yerdə, Ədalətin önünə çəkilib qara pərdə, Zülmətdədir bu cahan yetiş,ey"İmam Zaman”.
Gözümüz görə-görə min günaha batırıq. Əqidəni,imanı şan-şöhrətə satırıq, Şeytan ilə dururuq şeytan ilə yatırıq, Üzür məni bu hicran yetiş,ey”İmam Zaman”.
Unudulub qiyamt yada düşməyir daha, Bəşərə olan sevgi yaradandan da baha, Kələk gəlmək istəyən kafir də var Allaha, Namərdə vermə meydan yetiş,ey”İmam Zaman”.
Sənin sadiq dostların yoluna həsrət qalıb, Nə böyüyə,qocaya,alimə hörmət qalıb, Bir sənin gəlişində bizə hidayət qalıb, Gəl bizə eylə ehsan yetiş,ey”İmam Zaman
...
Ətraflı oxu»
|
|