"YETİŞ EY İMAM ZAMAN”
Nəfsimizin əlindən düşmüşük neçə dərdə. Zalımların zülümü tuğyan edir hər yerdə, Ədalətin önünə çəkilib qara pərdə, Zülmətdədir bu cahan yetiş,ey"İmam Zaman”.
Gözümüz görə-görə min günaha batırıq. Əqidəni,imanı şan-şöhrətə satırıq, Şeytan ilə dururuq şeytan ilə yatırıq, Üzür məni bu hicran yetiş,ey”İmam Zaman”.
Unudulub qiyamt yada düşməyir daha, Bəşərə olan sevgi yaradandan da baha, Kələk gəlmək istəyən kafir də var Allaha, Namərdə vermə meydan yetiş,ey”İmam Zaman”.
Sənin sadiq dostların yoluna həsrət qalıb, Nə böyüyə,qocaya,alimə hörmət qalıb, Bir sənin gəlişində bizə hidayət qalıb, Gəl bizə eylə ehsan yetiş,ey”İmam Zaman”.
Əlsiz-ayaqsızları ayaq altda əzirik, Yalanı görə-görə çox nahaqqa dözürük, Bu günah dəryasında qürur ilə üzürük, Alıb hər yeri duman yetiş,ey”İmam Zaman”.
Bu pas atmış ruhumun bir səsini duyan yox, Qul haqqını tanıyan yox,sayan yox, Bu Allahsız dünyanı bir yolua qoyan yox, Biz azıb çıxdıq yoldan yetiş,ey”İmam Zaman”.
Bu aşiq fəqan edir eşit onun sədasın, Xalid haqqın quludur o,dəyişməz Xudasın, Gəl bərqərar eylə ədalətin binasın, Haq nahaqqa verdi can yetiş,ey"İmam Zaman”.
Müəllif və hazırlayan Xalid Azadoğlu (Əmənov)
|