"Qəlbim təmizdir" deyib namaz qılmayanlara cavab
Mütəal Allah, insanların maddiyyat aləmində və həm də Axirətdə səadət əldə etmələri üçün, nizama uyğun bir proqram tərtib etmişdir ki, həmin proqram insanların zahiri deyil, həqiqi xoşbəxtliyini təmin etməkdədir. Bu proqramın tələblərində hər hansısa bir yoruculuq, mürəkkəblik, ağırlıq müşahidə etmək qeyri-mümkündür. Bu proqram, insanların enerji, güc-qüdrət, fitrət, daxili aləm, zəka, ruh və bütövlükdə vücuduna tamamilə uyğun bir formada tərtib edilmişdir. Bir-iki sözlə ifadə etsək, vacib əməlləri tərk etməmək, qadağan edilmiş haramlardan çəkinməkdən ibarətdir həmin proqram. Bu vacib əməllərə riyaət etmək, eləcə də, haramları tərk etmək, heç şübhəsiz insanların yalnız özləri üçün səmərəli, qazanclı (mənfəətli) olması səbəbilədir. Yəni, vacib əməli yerinə yetirmək, haram və bəyənilməyən işlərdən çəkinmək insanın özü üçün bir səmər
...
Ətraflı oxu»
|