"De: "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.” ("Şura” surəsi, ayə 23)
Böyük şəxsiyyətlərin böyük imtahanlarla üzləşdiyi günə- Aşura gününə az qalıb. Müsəlman dünyası Aşura gününə qədərki günləri İmam Hüseyn (ə) əzasına həsr edir. Bunun əlamətdarlığı odur ki, aşura qabağı bir müqəddimədir bu günlər və İmam Hüseynə (ə), O Həzrətin (ə) şuhədasına hörmət əlamətidir, dərin və böyük məhəbbət və məvəddətin təzahürüdür. Bir məhəbbət və məvəddət ki, Allah (c.c) bunu bəşəriyyətə vacib bilmişdir. Qurani-Kərimin Qiyamətə qədər qüvvədə olması kimi, İmam Hüseyn (ə) məhəbbəti də, Qiyamətə qədər bütün möminlərin qəlbində qalacaqdır. Hər kim ki, müsəlmançılığa, möminliyə iddialıdır, o kəslərin qəlbində İmam Hüseyn (ə) məhəbbəti mütləq qərar tutmuşdur.
Niyə gizli məhəbbət?
...
Ətraflı oxu»
|
Qiyam, şəhidlik, igidlik, qəhrəmanlıq, fədakarlıq, mədəniyyət, eşq ayı Məhərrəm ayı bütün əzəmət və ucalığı ilə təkrar bəşəriyyət aləminə mesajını vermək üçün gəlib çatdı. Ürəklərə hüzn dolmasıyla birlikdə " Ləbbəyk Ya Hüseyn (ə) !" səsləri, "Ləbbəyk Ya Məhdi (ə.f) !" ilə yoğurularaq zamanın İmamının yanıda iştirak etməyi tələb edir.
Tarix boyunca Əhli-beyt (ə) üçün keçirilən matəm mərasimləri, Şiə məktəbində əhəmiyyətli bir yerə sahibdir. Xüsusilə Məhərrəm və Aşura mərasimləri bu məktəbin canlı və ayaqda qalmasını təmin etmişdir. Amma bu matəm məclislərinin həqiqətinin, hələ bir çox seqment tərəfindən aydın ola bilmədiyi görülməkdədir.
Bəziləri, bu mərasimlərin davam etdirilməsini mənasız və tarixdə baş vermiş bir hadisə üçün bu qədər kədərlənmənin, gözyaşı tökmənin yersiz, olduğunu düşünür. Bəziləri İmam Hüseynə (ə) ağlamanın savabından hərəkətlə matəm mərasimlərinin edilməsi lazım olduğun
...
Ətraflı oxu»
|
|