İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 6
Qonaq: 6
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Dekabr » 1 » Yenə şanlı Məhərrəm ayı gəldi
8:15 AM
Yenə şanlı Məhərrəm ayı gəldi
Qiyam, şəhidlik, igidlik, qəhrəmanlıq, fədakarlıq, mədəniyyət, eşq ayı Məhərrəm ayı bütün əzəmət və ucalığı ilə təkrar bəşəriyyət aləminə mesajını vermək üçün gəlib çatdı. Ürəklərə hüzn dolmasıyla birlikdə " Ləbbəyk Ya Hüseyn (ə) !" səsləri, "Ləbbəyk Ya Məhdi (ə.f) !" ilə yoğurularaq zamanın İmamının yanıda iştirak etməyi tələb edir.


Tarix boyunca Əhli-beyt (ə) üçün keçirilən matəm mərasimləri, Şiə məktəbində əhəmiyyətli bir yerə sahibdir. Xüsusilə Məhərrəm və Aşura mərasimləri bu məktəbin canlı və ayaqda qalmasını təmin etmişdir. Amma bu matəm məclislərinin həqiqətinin, hələ bir çox seqment tərəfindən aydın ola bilmədiyi görülməkdədir.


Bəziləri, bu mərasimlərin davam etdirilməsini mənasız və tarixdə baş vermiş bir hadisə üçün bu qədər kədərlənmənin, gözyaşı tökmənin yersiz, olduğunu düşünür. Bəziləri İmam Hüseynə (ə) ağlamanın savabından hərəkətlə matəm mərasimlərinin edilməsi lazım olduğunu, tarixdə bərabəri, bənzəri olmayan bu qırğın qarşısında ağlamamanın İmam Hüseynə (ə) edilmiş bir zülm və haqsızlıq olacağını vurğulamışlar. Digər bəziləri isə ağlamanın əsl hədəf olmadığını, matəm məclislərindən bir vasitə olaraq faydalanılması lazım olduğunu müdafiə edərlər. Bu görüş sahiblərinin heç biri matəm məclislərinin hikmətini bütün istiqamətləriylə anlaya bilməmişlər.


Matəm məclislərinin, mərsiyə və ağıların həqiqətinə baxıldığında və İmamların bu əməllərə təşviq edən rəvayətləri araşdırıldığında məsələnin heç də elə sadəyə alınmaması lazım olduğu və nə cür dünyəvi və üxrəvi faydaları olduğu görüləcək.


Kərbəla qiyamının niyə reallaşdığı və İmam Hüseynin (ə) niyə Kərbəlada şəhid edildiyi, Aşura günü necə bir faciənin yaşandığı suallarının cavabı araşdırıldığı zaman bu matəm məclislərinin fəlsəfəsi aydın olacaq.


Biz bu söhbətimizdə matəm mərasimlərinin və İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə niyə ağlanıldığının fəlsəfələrindən bir neçəsinə toxunacağıq: Bu mərasimlər, İmamın qiyamının fəlsəfəsini anlamaq və dövrün tağutu qarşısında necə bir mübarizə sərgilədiyini öyrənməklə birlikdə günümüz Yəzidlərinə qarşı ilahi vəzifənin nə olduğunun şüuruna çatıb nə edilməsi lazım olduğunu anlamaq üçün edilər.


Bu mərasimlər, İmam Hüseynin (ə) əsrlər əvvəl İslamın yox olmaması, insanların azad və azad yaşamaları üçün reallaşdırmış olduğu Qiyamı yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçündür və bizlərə necə çatıb həyat verdisə onlara da çatdırıb həyat qazandırmaq üçündür. Çünki quruyan İslam ağacını qanıyla sulayan, rəfə qoyulmuş Qurani-Kərimi həyata keçirtmək üçün canını, malını hər şeyini bu yolda fəda edən Peyğəmbərin nəvəsinin Şəhidliyi canlı tutulmalıdır. Həyatın gerçək fəlsəfəsi bu qiyamda bəyan edilməkdədir.


Bu matəm mərasimləri haqq yolunda mübarizə edənlərin vəhdət və birliyini təmin edib tağutlara qarşı mucadələdə mütəşəkkil olmalarını təmin edir.


Kərbəla və Aşura bütün azadlıq döyüşçüləri üçün bir simvoldur. İmam Hüseyn (ə) isə bütün aləm üçün bir öndərdir. Bu ilahi simvolların yaşadılması, ilham qaynağı olan İmam Hüseynin (ə) tanınması üçün söz mövzusu mərasimlərin edilməsi lazımdır.


Bu mərasimlər, mərsiyəsi və ağılarıyla İmam Hüseynlə (ə) bir könül bağı qərargahı təmin edir. İmam Hüseyn (ə) məktəbini özünə yol olaraq seçməyənlər Kərbəla məzlumiyətini anlaya bilməzlər, gözyaşı axıda bilməzlər.


İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə ağlamanın özü bir fəzilət və üstünlükdür. Bir rəvayətdə belə ifadə edilir: "Hüseynin şəhidliyindən ötəri möminlərin ürəyində əsla sönməyən bir atəş vardır, (bu müsibət üçün) kim ağlar və ağlatsa və ya ağlamış kimi edib kədərlənsə cənnətə girər."


Digər bir rəvayətdə belə buyurulur: "Qiyamət günü bütün gözlər ağlar, Hüseynin (ə) müsibətinə ağlayan göz xaric, o göz, gülər və cənnət nemətləriylə nemətləndirilər."


İmam Hüseynə və Kərbəla şəhidlərinə ağlamanın axirətdə savabı olduğu kimi dünyada da şəhidin hədəfini ucaldar, Qiyam məktəbini yaşadar. Bu matəm mərasimlərində ağlamaq İmam (ə) ilə könül bağı qurmaq istəyənlərin ürəklərini mənəvi istiqamətdən gücləndirəcək və ürəkləri bir-birinə yaxınlaşdıracaq. Hadisə yalnız gözdən yaş axıtmaq deyil, bu ibadi və mənəvi bir hərəkət olduğu kimi siyasi bir hərəkətdir. Hədəf istiqamətində birləşməyi, güclərin birləşdirilməsini təmin edən bir əməldir.


İmamlar bu mərasimlərin keçirilməsini istəmiş, Qiyam, Kərbəla və Aşuranın unudulmasını maneə törətmişlər. İmam Səccad (ə), Kərbəla hadisəsindən sonra həyatı boyunca matəm mərasimləri təşkil etmişdir. İmamlardan biri öz zamanında matəm mərasimləri təşkil etdiyi kimi öz şəhidliyindən sonra da İmam Hüseyn (ə) üçün on il boyunca hər il Minada mərsiyə və ağı oxunmasını vəsiyyət etmişdir. İmamın xüsusilə həcc mövsümündə, həm də Minada istəməsi bu əməlin həm mənəvi həm də siyasi olduğunu göstərir.


Çünki bu mərasimlərdə qiyamın hədəfləri açıqlanacaq, zamanın tağutunun etdiyi zülmlər bəyan ediləcək, müxtəlif ölkələrdən Məkkəyə gələn hacılar İmam Hüseynin (ə) gerçək hədəfinin nə olduğunu öyrənəcək və öz bölgələrinə döndükləri zaman Kərbəla mesajını öz xalqlarına çatdıracaq. Beləcə insanlar haqqı öyrənmiş olacaqlar.


İndiki vaxtda bəziləri özlərini aydın və oxumuş saydıqlarından İmam Hüseyinə (ə) matəm tutub ağlamanı boş görür və söz mövzusu mərasimlər və matəmlərin hikmətini ağıl və elmlə anlamayınca da ağlamanın boş olduğunu və bunun İmam Hüseynə (ə) bir fayda verməyəcəyini sanır, ağlamanın könül və eşq məsələsi olduğunu anlaya bilmirlər.


Gözyaşı, söhbətin izharı, ürəyin dili, aşan nişanəsidir.

Gözyaşı, duyğu və hisslərin tərcüməçisidir.

Gözyaşı, İmam ilə dərdləşmək, Əhli-beytin (ə) hüznünə ortaq olmaqdır.

Gözyaşı, ruhun atəşini söndürər ürəkdəki Hüseyn eşqini alovlandırar.

Gözyaşı, Aşura məktəbindən bəslənmə qidasıdır.


Bunu anlaya bilmək üçün Hüseyn (ə) qiyamını, Kərbəla məktəbini, Aşura qəhrəmanlığını anlamaq gərəkdir. Daha doğrusu İlahi Eşqi anlamaq gərəkdir, tərtəmiz bir ürəklə.


İlahi! Qəlblərimizə ilahi eşqini yerləşdir.

İlahi ! Qəlblərimizə Hüseyn (ə) eşqini yerləşdir.

İlahi ! Bu dünyada Kərbəlanı ziyərət etməyi nəsib et
İlahi! Qiyamətdə Hüseyn (ə) şəfaətini nəsib et.

Views: 785 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024