Bismilləhir-Rahmənir-Rahim!
Dilin insan həyatında rolu olduqca böyükdür. Allahın Peyğəmbəri (s) buyurub: "Adam səhəri açanda bütün bədən üzvləri dilin qarşısında baş əyərək (xahişlə, yalvarışla) deyərlər: "Bizim haqqımızda ilahi təqvaya riayət et. Çünki biz səndən asılıyıq. Çünki sən düz olsan, biz də düzük, əyri olsan, biz də əyri olarıq””.
İnsanın çətinlikləri onun dilindədir
Beləliklə, dil – həm təqvanın, həm də günahkarlılığın ilkin və üzdə olan göstəricilərindəndir. İmam Əlidən (ə) belə nəql edirlər: "Söz danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənib”.
Başqa yerdə İmam Əlidən (ə) belə nəql edirlər: "Allahın Peyğəmbəri buyurmuşdur: "Hər bir bəndənin ürəyi düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi düzəlməz”. Buna görə də sizlərdən kim müsəlmanların qanına və malın
...
Ətraflı oxu»