İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Yanvar » 18 » Dil mərəzindən xilas olmanın yolları - Cümə söhbətləri
11:33 AM
Dil mərəzindən xilas olmanın yolları - Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Dilin insan həyatında rolu olduqca böyükdür. Allahın Peyğəmbəri (s) buyurub: "Adam səhəri açanda bütün bədən üzvləri dilin qarşısında baş əyərək (xahişlə, yalvarışla) deyərlər: "Bizim haqqımızda ilahi təqvaya riayət et. Çünki biz səndən asılıyıq. Çünki sən düz olsan, biz də düzük, əyri olsan, biz də əyri olarıq””.

İnsanın çətinlikləri onun dilindədir

Beləliklə, dil – həm təqvanın, həm də günahkarlılığın ilkin və üzdə olan göstəricilərindəndir. İmam Əlidən (ə) belə nəql edirlər: "Söz danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənib”.

Başqa yerdə İmam Əlidən (ə) belə nəql edirlər: "Allahın Peyğəmbəri buyurmuşdur: "Hər bir bəndənin ürəyi düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi düzəlməz”. Buna görə də sizlərdən kim müsəlmanların qanına və malına bulaşmamış əl, onların heysiyyatını və abrını (tökməkdən) azad dillə Allah Təalanın görüşünə gələ bilsə, belə etməlidir”.



Mübarək dinimiz dili insanın ağlının göstəricisi kimi də təqdim edir. İmam Əli (ə) buyurub: "Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir”.



Bununla yanaşı, dil – yaxşılığın və pisliyin mənbəyi olaraq tanıtdırılır. İmam Muhəmməd Baqirdən (ə) belə nəql edirlər: "Doğrudan da bu dil hər yaxşılıq və pisliyin açarıdır. Buna görə də möminin öz qızıl-gümüşünün (kisəsinin) ağzını bağladığı kimi, dilinə də möhür vurması daha layiqlidir”.



Rəsuli-Əkrəmdən (s) dilin insan çətinliklərinin səbəbi olması barədə mühüm xəbərdarlıq vardır. Buyurur: "İnsanın çətinlikləri onun dilindədir”.



Digər yerdə Allahın Peyğəmbərindən (s) belə nəql edirlər: "Dilini saxla! Çünki dilini saxlamaq özünçün verdiyin sədəqədir”.



İnsan nə qədər çox danışırsa, o qədər günah etmək ehtimalı artır



Dildən söhbət gedəndə, əsas etibarilə dilin kontrol olunmayan durumundan qurtulmaqdan danışmaq faydalı olardı. Nəticə etibarilə, dil xəstəliyi məhz nəzarətsizlikdən irəli gələn amil olaraq araşdırılmalıdır.



Dillə bağlı baş verən bütün xətaların səbəblərini araşdırdıqda məlum olur ki, bir başqa bədən üzvlərindən fərqli olaraq dil, istifadəsi daha rahat olan bədən üzvüdür. Daha ucuz başa gəlir. Xüsusi bir xərc çəkmək lazım deyil. Dilin günahla savab arasında fasiləsi çox azdır. İslam alimləri dil mərəzi üçün, bu ağır xəstəlik üçün 6 növ müalicə təyin ediblər. Gözəllik burasındadır ki, bu altısından hər hansı birinə insan kamil sürətdə əməl etsə, o bəladan, təhlükədən nicat tapar.



Bəzən insan xəstələnir və bu xəstəlikdən dərmanla, iynə ilə, idmanla və digər başqa yollarla xilas olmaq imkanı olur. O cümlədən dil xəstəliyinin də bir neçə müalicəsi var.



Bu müalicələrdən birincisi sükutdur. İnsan nə qədər çox danışırsa, o qədər günah etmək ehtimalı artır. Heç kim bundan sığortalanmayıb. Sükut dedikdə insanın həmişə susması nəzərdə tutulmur. Burada sükut dedikdə ifrat və təfrit etməmə nəzərə tutulub. Yəni mənasız sözlərdən, yersiz söhbətlərdən, artıq danışıqdan pəhriz etmək nəzərdə tutulub. Bu barədə yuxarıda bir qədər işarə etdik. Amma burada qeyd etməliyik ki, pəhriz etmək heç yemək yeməmək anlamında deyil, çünki insan yeməsə, ölər. Deməli, necə ki, yemək yemənin ifratı ziyandır, o cümlədən heç yeməməyin də özü ziyanlıdır. İnsan sükut etməlidir - o demək deyil ki, sabah zülm qarşısında danışmamalıdır. Əmr-be-məruf, nəhy-əz-munkər” (yaxşılığa dəvət, pislikdən çəkindirmə) etməməlidir. Insanların hidayəti üçün çalışmamalıdır, haqqı yaymamalıdır. Müalicə yuxarıda sadaladığımız deyil, müalicə dili kontrola götürməkdir, onun idarəsini ələ almaqdır, onu ifratdan, yersiz, mənasız söhbətdən qorumaqdır. Eyni zamanda lazım olanda da danışmaq lazımdır, yoxsa adam təfrit etmiş olacaq. Deyilən qaydada danışmaq insanın qəlbinə nuranilik gətirər. Qəlb işıqlı olar. İşıqlı qəlbdə isə çox şey görünəcək.





Nə qədər söz var ki...



Bəli, dinimiz çox danışmağı pisləyir. Bunu insanın həm öz ruhu üçün, həm də onun digər insanlarlarla münasibətlərini pisləşdirən amil kimi tanıtdırır. İmam Əli (ə) buyurub: "Çox danışmaqdan çəkin ki, o sənin gizlin eyblərini aşkara çıxarar və düşmənlərinin sakitləşmiş kinlərini sənə qarşı qızışdırar”. Digər yerdə İmam Əlidən (ə) belə nəql edirlər: "Xoş o kimsənin halına ki, …malını çox bağışladı və dilini çox danışmaqdan gözlədi”.



Yenə də çox danışmağın fəsadları barədə başqa mühüm çatdırışda Peyğəmbəri-Əkrəm (s) buyurub: "Allahı xatırlamaqdan qeyri halda çox söz danışma. Çünki Allahı xatırlamaqdan qeyri çox danışmaq ürəyin bərkiməsinə səbəb olur. Allahdan ən uzaq insan isə ürəyi bərk insanlardır”.



Bu mövzuda İmam Əlidən (ə) belə nəql edirlər: "Məbada, çox danışasan. Çünki büdrəyişləri artırar və əziyyət gətirər”.



Müqəddəs İslam dini insanın dilinə kontrol etməyinin zəruriliyini barədə dönə-dönə xəbərdarlıq edir. İmam Əlidən (ə) aşağıdakı məzmunda çox bəlağətli bir çatdırış vardır: "Nə qədər ki, sözü dilinə gətirməmisən, sənin əsirindir. Elə ki, dilinə gətirdin, sən sözün əsiri olursan. Qızıl-gümüşünü xəzinədə saxladığın kimi, dilini də (ağzının xəzinəsində) saxla. Çünki nə qədər söz var ki, neməti əldən çıxarmış və qəzəb, cəza gətirmişdir”.



Sükut - əqlin kamilliyinin nişanəsidir



Alimlər sükut məsələsinə bir başqa prizmadan yanaşaraq deyiblər ki, sükut - əqlin kamilliyinin nişanəsidir. İnsan nə qədər kamil olsa, nə qədər dolu olsa, o qədər boş-boş danışmaz. Nə qədər naqis olsa, işi-gücü dilini boş buraxmaq olar. Böyük əxlaq ustadlarından birinin dediyi kimi, içi boş olan qablar səs çıxaranda içinin boş olduğunu demək istəyir. Dolu qab səs-küy salmaz. İnsan əgər buna diqqət eləsə, çətin olmadığını görər. Ola bilər ki, insan buna riayət etməyə başlayanda bir-iki gün ondan inciyərlər də. Məsələn, deyə bilərlər ki, buna bax, dünənə qədər bizimlə laqqırtı vururdu, indi isə təkəbbürlük edir. Qoy elə fikirləşsinlər. Sən yoluna davam et. Eyni zamanda elə etmək lazımdır ki, insanların xətrinə də dəyməsin. Min söhbətin içində eləsini etmək lazımdır ki, Allaha xoş gedən olsun. Yoxsa söhbət başlayanda bir də ayılırsan ki, öz dərdlərin qalıb bir kənara, sən başqalarının dərdlərini müzakirə edirsən. Mübarək dinimiz danışmağı ağlın kamilləşməsi ilə dəqiq surətdə əlaqələndirir. İmam Əli (ə) buyurub: "Ağıl kamilləşəndə söz danışmaq azalar”.



Təfəkkürdən sonra tələffüz



Dil mərəzindən qurtulmanın ikinci müalicəsi - təfəkkürdən sonra tələffüz etməkdir. Tələffüz insanın ağzından hər hansı bir sözün çıxmasıdır. Buna deyirlər tələffüz olundu, deyildi. Təfəkkür isə əqlin özünəməxsus hissəsinə deyilir. Məsələn, insana sual verəndə o, özündən asılı olmayaraq, suala diqqət edir, onun növünü müəyyən edir, beynindəki depoya müraciət edir, bundan sonra cavabını tapır və ortaya çıxardır. Əxlaq alimləri də deyir ki, beynindəki o depoya müraciət etməmiş, axtarış aparmamış ağzından söz çıxarma. Məsələn, insan bunun gözəl nümunəsini kompüterdən götürə bilər. Bir şey axtaranda dərhal sənə cavab vermir. Sən hay-küy salsan da, o, axtarır. İnsan da fikirləşib sonra danışmalıdır. Deyəcəyi sözü təfəkkür kanallarından keçirdib, sonra dilinə götürməlidir. Hədislərdə də deyilir ki, aqil o kəsdir ki, qəlbinin süzgəcindən keçirdər, sonra danışar. Axmaq isə danışandan sonra fikirləşəndir. Başqa bir hədisdə də deyilir ki, mömin qəlbinin süzgəcindən keçirdəndən sonra danışandır. Münafiq isə danışar, sonra fikirləşər. Göründüyü kimi, aqil möminlərə, axmaq da münafiqlərə bərabər tutulur.



Dərrakənin nişanəsi



Müqəddəs dinimiz dilin törədə biləcəyi fəsadları qarşılamaq üçün insanı agah edir. İmam Əli (ə) buyurub: "Dilin zərbəsi nizə ucunun zərbəsindən ağırdır”. Digər yerdə Həzrət Əlidən (ə) belə nəql edirlər: "Dil - bir yırtıcıdır. Açılıb buraxılarsa, dişləyər”. Yaxud, yenə də İmam Əlidən: "Heç bir şey, dil qədər uzunmüddətli həbsə layiq deyil”.



Dilin insan müqəddaratında tutduğu rolu açıqlayan bir mübarək hədisdə isə Həzrət Rəsuli-Əkrəmdən (s) belə nəql edirlər: "Bəzən insan Allaha xoş gələn sözlər danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah həmin sözün səbəbinə öz razılığını Qiyamət gününə qədər ona yazar. Bəzən insan Allahın qəzəbinə səbəb olan söz danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah bu sözün səbəbinə Öz qəzəbini, onunla görüşəcəyi günə qədər onunçun yazır”.



İmam Əlidən (ə) soruşdular: "Allahın yaratdığı ən gözəl şey nədir?” Buyurdu: "Söz”. Ərz olundu: "Bəs, Allahın yaratdığı ən pis şey nədir?”. Buyurdu: "Söz”. Sonra isə buyurdu: "Üzağlığı gətirən də, üzü qara edən də sözdür”.



Allahın Peyğəmbəri (s) isə belə bir xəbərdarlıq edir: "Kişinin dərrakəsinin nişanəsi nadir halda boş söz danışmasıdır”. Digər yerdə Rəsuli-Əkrəmdən (s) belə nəql edirlər: "İnsanlardan ən çox günah sahibi, çox vaxt boş söz danışanlarıdır”.



Sözün taleyüklü əhəmiyyəti barədə digər çatdırışda isə Allahın Peyğəmbəri (s) buyurub: "İnsan (bəzən) cənnətə elə yaxın olur ki, ondan bir nizə aralıda olur. Sonra elə bir söz danışır ki, cənnətdən Səna qədər uzaqlaşır”.



Ətrafımızda hər nə varsa, əməllərimizi yazır



Üçüncü müalicə isə insanın ətrafındakı olan hər bir şeyin onun əməllərini yazmasını dərk etməsidir. Bir var özümüz nəsə aparat quraşdıraq yazsın, istədiyimizi yazmarıq, ya yazandan sonra silərik, amma bu isə bizdən asılı olmayaraq yazır. Məsələn, məscid şəhadət verəcək. Deyəcək ki, mən filankəsi məsciddə görürdüm. Və ya deyəcək ki, filankəsin evi düz məscidin yanında idi, amma onu bir dəfə də məsciddə görmədim. Yaxud da deyəcək ki, filankəs məscidin qabağında siqaret çəkirdi. Məscid şəhadət verəcək ki, bu adam hər gün günorta namazını gəlib məsciddə qılırdı, beş dəqiqə söhbətə qulaq asandan sonra gedirdi. Məscidin pəncərəsi, şüşəsi, küçə, maşın - ətrafımızda hər nə varsa yazır. İnsan bilsə, onun danışıqları yazılır, bir gün çıxarılacaq ortaya və ona təqdim olunacaq, dərhal özünü yığışdırar.



Əvvəllər deyirdilər ki, Qiyamət necə olacaq, Qiyamətdə bizim əməllərimiz necə ortalığa çıxacaq. İndi isə Qiyamətə inanmayan anormal adam sayılır. İndi elm o qədər inkişaf edib ki, bir genlə sənin də, atanın da, babanın da və s. nə etdiklərinizi müəyyən edirlər. Bir DNT, adamın bir hüceyrəsi bəsdir ki, insanın nə etdiklərini müəyyən etsinlər. Biz kimik? Əcdadlarımızın etdiklərinin hasili və üstəgəl bizim mühit, bizim iradə.



Əməllərin vəkilləri



Dördüncü isə budur ki, xüsusi məxluqların ayrıldığını və sənin əməllərini qeyd etdiklərini biləsən. Onlar namazı necə qılmağını, orucu necə tutmağını, gecəni yatmayıb oyaq qaldığını, Rəcəb ayını, Şaban ayını, Ramazan ayını, Məhərrəmliyi necə keçirdiyini yazırlar. Bunlar sənin əməllərinin vəkillərdir. Onları bircə-bircə yazırlar. Bir də biləsən ki, vəkillərə bu tapşırığı verən həmişə diridir (Heyyun). Sən bilsən ki O, diridir, nə etsən ondan xəbəri var - utanarsan. Çünki adam bir uşağın ona baxdığını görsə belə, öz əməllərinə çəki-düzən verir. Artıq hərəkət etmir, utanır, abır saxlayır. Adam vəkillərin təyin olunaraq, onun işlərini yazmasını bilsə, onlarla İmam Əli (ə) kimi razu-niyaz etsə, bir başqa vəziyyətə gəlib çatar. Bu o deməkdir ki, insan aləmin Allahın məzhəri olduğunu dərk edər. Əxlaq ustadlarından biri deyir: "İnsan Allahın məzhərindədir, hüzurundadır. Allahın məzhərində, hüzurunda günah etməz. Çünki bilir ki, Allah görür”.



Söz - elə insanın əməlinin özüdür



Beşincisi budur ki, insan öz sözlərinin əməl hökmündə olduğunu bilə. Deməyə ki, bu danışdığım elə ancaq sözdür. Dərk edə ki, onun danışdığı ilə əməli arasında bir fərq yoxdur. Söz - elə onun əməlinin özüdür. Əməlin savabı olduğu kimi, cəzası olduğu kimi, hər hansı sözün də savabı və cəzası var. İslam Peyğəmbərinin (s) İmam Əliyə (ə) buyurduğu hədisdən belə anlaşılır ki, əgər bir insanı hidayət etsən, bu dünyada nə varsa, hamısı onun yanında əskikdir. Hidayət də əksərən sözlə edilir. Bu dünyada nə varsa, bir adamı hidayət etməyin yanında əskikdir. Bu da sözün savabı. Heç bir şey bunun yerini vermir.



Sözün və sükutun fəziləti barədə son dərərcə ibrətamiz bir çatdırış vardır. İmam Səccad (ə) "Danışmaq üstündür, yoxsa susmaq” haqda suala cavabında buyurmuşdur: "Bunlardan hər ikisinin afəti var. Hər ikisi eyblərdən uzaq olsa, onda söz danışmaq sakit qalmaqdan üstün olar”. Ərz edildi: "Necə, ey Peyğəmbər övladı?” Buyurdu: "Çünki Allah öz peyğəmbər və vəsilərini sükutla deyil, əksinə söz və danışıqla göndərmişdir. Nə cənnət kimsəyə sükuta görə layiq olub, nə də vilayət və Allahla dostluq kimsəyə vacib olub. Nə də kimsə sükutla oddan uzaqlaşıb. Bütün bunların hamısı sözlə əldə olunub”. Baxın, sözün bynca böyük əhəmiyyəti vardır.





İşin aqibətini dərk etmək



Altıncı müalicə budur ki, insanın öz işinin aqibətini dərk etməsidir. Onun cəzası və ya mükafatı olduğunu bilməsidir. Amma bilmək kifayət etmir, o qədər adam var ki, bilir siqaret çəkmək ziyandır, amma çəkir. Bilir yalan danışmaq olmaz - amma danışır. Bilir sələm pisdir, amma verir. Ona görə də bilmək kifayət etmir. Bilməklə yanaşı, buna imanı da olmalıdır. Qəlbində də dərk etməlidir ki, bu, yanlışdır. Bir var bilmək, bir də var qəlbən inanmaq, yəqini olmaq. Yəqini olsa, onu öldürsən də, günah etməz, günaha qol qoymaz. Məsələn, hamı bilir ki, ölü adama bir şey etməz. Ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Amma çox adam razı olarmı ki, gecə ölü ilə bir otaqda qalsın? Baxmayaraq ki, onun öldüyünü bilir, amma deyəcək ki, birdən mənə nəsə edər. Əslində, bilir ölü ona heç nə etməz, amma qorxur, çünki qəlbinə hopmayıb. Bütün günahların, xüsusən də dil günahlarının aqibətinin nə olduğunu bilsə, məsələn, yalan danışmağın axırı nədir, qeybətin axırı nədir, böhtanın axırı nədir, bunları bilməkdən əlavə, qəlbinə də hopsa, o zaman insan özünü müalicə edəcək. Birdən özünü müalicə etməsə, o zaman onu o adama bənzətmək olar ki, yüyənsiz olan vəhşi bir ata minib. İstədiyi vaxt, istədiyi yerdə, xoşuna gəldi-gəlmədi o vəhşi at onu qaldırıb çırpacaq yerə. Ona görə də insan gərək özünü müalicə etsin. Bu baxımdan, dilə nəzarət etmək - ən ümdə vəzifələrdəndir.



Allahım, bizi həm bu dünyada, həm də axirətdə Peyğəmbər və onun pak Əhli-beyti (ə) ilə məhşur et. Allahım, bizi bağışla, günahlarımıza əfv qələmi çək. Allahım, bizi təfritlərdən, ifratlardan uzaq et. Allahım, o kəs ki, qəlblər onun zühurunun intizarındadır, onun zühurunu tezləşdir. Amin!



Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Views: 608 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024