Böhran Böhran. Düşünürəm ki, hal-hazırda cəmiyyətimizin olduğu vəziyyəti başqa sözlə heç cürə ifadə etmək olmaz. Hər bir şeydə böhran. İş qabiliyyətli əhalinin yeganə iş-gücü harasa qaçmaq, tələsmək, nədənsə geri qalmamaqdır. Əslində, bir zombiləşmə durumu var burada. Bəli, mümkündür hansısa kənar müşahidəçi baxıb desin ki, bu tələskənlik və vurnuxmada nə pis şey var ki?! Dinamika dönəmidir, templər buna müvafiq olmalıdır. Amma bu, ötəri nəzərin məhsulu olan bir nəticədir. Axı, bütün bu işlər, bu qaçhaqaçlar vətəndaşımızın öz ölkəsi ilə, onun təhsili ilə, onun səhiyyəsi ilə, onun siyasi və vətəndaş haqları ilə nə baş verdiyindən tam etinasızlıq fonunda baş verir. Bu adamın heç vecinə də deyil ki, onun ödədiyi vergilər haraya gedir, bu adam heç maraqlanmır da ki, onun ölkəsinin - qazanılmasında hamının zəhməti
...
Ətraflı oxu»
|
|