İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 2
Qonaq: 2
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Fevral » 23 » Müsəlman mentaliteti barədə bir neçə söz - Cümə söhbətləri
1:51 PM
Müsəlman mentaliteti barədə bir neçə söz - Cümə söhbətləri
Böhran 
Böhran. Düşünürəm ki, hal-hazırda cəmiyyətimizin olduğu vəziyyəti başqa sözlə heç cürə ifadə etmək olmaz. Hər bir şeydə böhran. İş qabiliyyətli əhalinin yeganə iş-gücü harasa qaçmaq, tələsmək, nədənsə geri qalmamaqdır. Əslində, bir zombiləşmə durumu var burada. Bəli, mümkündür hansısa kənar müşahidəçi baxıb desin ki, bu tələskənlik və vurnuxmada nə pis şey var ki?! Dinamika dönəmidir, templər buna müvafiq olmalıdır. Amma bu, ötəri nəzərin məhsulu olan bir nəticədir. Axı, bütün bu işlər, bu qaçhaqaçlar vətəndaşımızın öz ölkəsi ilə, onun təhsili ilə, onun səhiyyəsi ilə, onun siyasi və vətəndaş haqları ilə nə baş verdiyindən tam etinasızlıq fonunda baş verir. Bu adamın heç vecinə də deyil ki, onun ödədiyi vergilər haraya gedir, bu adam heç maraqlanmır da ki, onun ölkəsinin - qazanılmasında hamının zəhməti olduğu - nemətlərinin paylanması necə baş verir. Bu vətəndaş bilavasitə onun özünə aid olana qədər, problem qapısını döyənə qədər, ölkə Femidasının bulunduğu uçuruma tam laqeyddir... 



Və hamı tələsərkən, hamı öz problemləri ilə məşğul olarkən, hamı şəxsi çətinlikləri girdabında çapalayarkən gözümüz qarşısında cəmiyyətin tam deqradasiyası baş verməkdədir. İndi anti-dəyərlər "dəyərə” çevrilir. Korrupsiya, yalan, xəyanət, hüquqsuzluq, bayağılıq – az qala həyatın normasına çevrilmişdir. Boşanmalar, ailəsi dağılmış analar, kimsəsiz uşaqlar – xülasə, təqribən 10-15 il əvvəl Azərbaycanda istisna sayılan bütün mənfiliklər və əyriliklər indi adi hala çevrilmişdir.



Azərbaycanın çoxşaxəli mədəniyyətinin əvəzinə isə getdikcə daha israrlı və güclü şəkildə ən aşağı, ən bayağı səviyyəli surroqat "incəsənət” girməkdədir. İnsanların yeni cəmi yaranmışdır – nəhəng bir kütlənin bütün maraq dairəsi növbəti "ulduzun” şəxsi həyatının "pikant təfərrüatları” ilə məhdudlaşır.



Kütlə və passionari



Bəli, ümumi kütləni hər zaman və hər şeydən daha çox qarın doydurmaq və əyləncə düşündürüb. Və əgər kütlələr tarixi formalaşdırsaydı, onda yəqin ki, bəşəriyyət tunc dövründən o yana keçməzdi... Söhbət – formalaşmamış, kortəbii kütlədən gedir. Kütləni sosium halına gətirən – passionar insanlardır. Hər bir zaman kəsimində passionar insanların ətrafında sanki bir Broun hərəkəti formalaşır və bu hərəkət birləşərək cəmiyyətin sonrakı inkişafı üçün zəruri olan fonu yaradır. Bu prosesdə sosiumun özününizamlama mexanizmləri də formalaşırdı. Və bu özününizamlama mexanizmi, eyni zamanda, bütün birləşmiş insan qruplarına xas olan ictimai yaraların dağıdıcı miqyaslara qədər böyüməsinin qarşısını alan bir qoruyucu rolunu oynayır. Beləliklə, kortəbii kütlə təşkil olunmuş sosial qruplara, onlar da özünütənzimləmə səviyyəsinədək yetişə bilən kütləvi ictimai fenomenlərə çevrilə bilirlər. Öz növbəsində, yaranan bu fenomenlər yeni ictimai strukturlaşmaya rəvac verirlər və s. Beləcə, canlı orqanizmdə hüceyrənin bölünməsi kimi, ictimai orqanizmlərdə də analoji proses gedir və nəticədə cəmiyyətin təkamülünü, idarəetmə institutlarının təkmilləşməsini mütəmadi prosesə çevirən bir mexanizm yaranır.



Bu baxımdan, açıq-aşkar görünür ki, bizim cəmiyyətdə sosiumun özününizamlama mexanizmi güclü şəkildə pozulmuşdur. Və artıq çoxdandır ki, hər hansı başqa halda hətta ictimai formasiyaları dəyişə bilən proseslər belə, bizim cəmiyyətdə heç bir forma dəyiişiklikləri də yarada bilmir. Bu, ictimai böhranın bariz göstəricisidir. Belə vəziyyətdə əgər yaranmış ictimai böhran təhlil olunmasa və bu böhrandan çıxma yolları müəyyən edilməsə, onda... onda cəmiyyətimizin gələcəyi çox qaranlıq görünür. Nə qədər ki, neftimiz, qazımız var - bu, o qədər də gözə çarpmır. Lakin, elə bu səbəbdən də belə böhrandan gecikmiş çıxış cəhdləri daha ağrılı olacaqdır. Bu xüsusda deyə bilərik ki, vaxt bizim əleyhimizə işləyir.



Skepsis zərurəti



Bəzi nihilistlərin cəmiyyətimizdə inanca qarşı əsl müharibə apardığı, cəng açdığı belə bir zamanda bu durumun başa düşülməsi, qavranılması xüsusilə aktualdır. Özlərinin hansısa dar, məhdud, populist məqsədlərinə görə biriləri həyati əhəmiyyətli kateqoriyaları qurban verməyə hazırdırlar. Elə kateqoriyaları ki, onlardan millətin həm hazırkı vəziyyəti, həm də gələcək inkişaf vektoru asılıdır. Nəticədə isə millətin mental koduna zərər vurulur. Cəmiyyət düşdüyü bu durumu başa düşməli, bu hala qarşı durmalı, millətin mental matrisasının sarsılmazlığını qoruyub saxlamalıdır.



Şübhəsiz ki, bütün millətlər bu kimi böhranlar keçirmişlər. Və bu hadisələrin bilavasitə iştirakçıları üçün bu yorucu və xeyli uzanmış bir proses kimi görünsə də, sonrakı nəsillərin tarixçiləri üçün növbəti keçid mərhələsi xarakteri daşımışdır. Lakin, tarixin bizə öyrədəcəyi ən mühüm bir şey varsa – o da, səhvləri təkrarlamamaqdır. Həyat qabiliyyətini, həyat davamlılığını qoruyub saxlaya bilməmiş bu və ya digər sosiumun gələcək nəsillər üçün yalnızca tarixi bir irsə, bəzən isə ensiklopediyada olan bircə sətirə çevrlməsinin saysız-hesabsız misalları bəllidir...



Kantın dili ilə desək, bu gün skeptikliyə bir zərurət vardır. Amma, passiv, özünüməhvetmə vektorunu daha da şiddətləndirən skeptikliyə yox. Əksinə, mümkün ola bilən ən aktiv, ən fəal skeptikliyə. Həmin aktiv skeptikliyə ki, passivdən fərqli olaraq, kreativliyə, yaradıcılığa, dinamikliyə, optimallığa aparır. Bu – nihilizm və ajiotaj yaratmaqlıq deyildir. Çünki, bunlar problem və onun həlli arasında olan qapalı çevrədə yarış aparırlarmış kimi, adətən qeyri-şüuri tərzdə özlərini ifrata atırlar. Bu, əslində böhrandan tezliklə çıxışın aydın optimallaşdırma vektorunu ehtiva edən şüurlu-iradəvi tənqididir.



Bəlkə də, "aktiv skeptiklik özünəməxsus vərdiş və bacarıq tələb edir” – deyənlər, belə hesab edənlər haqlıdırlar. Bu, sanki böhrandan çıxma mədəniyyəti, sanki ekzistensial bir yenidən yüklənmədir ki, bunun gedişində bir ələnmə və seçim gedir. Sanki, bütün almaları yerə töküb, zənbilə yalnız sağlam almaların yığılmasıdır. Elə bax, problemin kökü də buradadır: zənbildə xarab almanın saxlanması... Bu "alma” yenə də öz işindədir – artıq yeni dolmuş zənbildə yenə də çürümə gedir. Və yenə də hər şey təzədən başlanmalı olur... Spiral boyunca, ya çevrə xətti ilə – kimin xoşuna necə gəlirsə, kim hansı konsepsiyaya üstünlük verirsə - amma tarix təkrarlanır...



Hakimlər kimdir?



Ən əsas məsələ isə - "bəs hakimlər kimlərdir?” – məsələsidir. Görəsən kim "sağlamlıq” və "çürümüşlük” parametrlərini müəyyən edəcək?! Bu müəyyənləşmə hansı meyarlara əsasən aparılacaq? Bəs baş verən səhvlərə görə kim cavabdehlik daşıyacaq? Bax, elə məsələnin kökü də buradadır. Ənənəvi formada saf-çürük etmək kara gəlməyəcək. Düşünürük ki, çıxış yolu – cəmiyyətin özünün böyük "Mən”ini təhlil edib, yenidən qiymətləndirməsindən, stereotiplərin və komplekslərin ağrılı sındırılmasından keçən inkişafındadır.



Real həyatımızın ən böyük kompleksi – öz köklərini baltalamış passionarların cırlaşmasıdır. Məlum işdir ki, hər bir passionar miili ideyadan qidalanır. O, bu ideya ilə yaşayır və öz növbəsində bu ideyaya həyat verir. Və təbii ki, passionar onun ekzistensial mahiyyətini yaşadan bu tarixi-mental mövcudluqla rabitəsini zəiflətdikdə, bunun məhvedici nəticələri çox tezliklə özünü büruzə vermiş olur...



Bəli, cəmiyyətimizin başlıca problemi bundadır – öz inancına, öz tarixinə, öz mədəniyyətinə münasibətdə nihilizm. Polşalı bir ziyalını katolisizmsiz, rus ziyalısını pravoslav dinindən kənar və s. təsəvvür etmək mümkün deyildir. Bizim ziyalı isə özünün müsəlmançılığından kompleks yaşayır. Bu ziyalı ona sırınmış kompleksdən kompleks yaşayır - belə durumun necə məhvedici olması barədə bir an da olsun düşünmədən...



Universal suçlu



Əlbəttə, canlı insan birliklərini – sosiumları xarakterizə edən cəhətlərdən biri də onun özünütənqid bacarığıdır. Lakin, əfsuslar olsun ki, bizim cəmiyyətin özünütənqid cəhdləri daha çox ya anarxiyaya bərabər olan nihilizmə, ya da hazırda qüvvədə olan və ya buna iddialı olan "böyük qardaşların” apriori hazır konspektlərinə və "yeni tapşırıqlarına” olan qarşısıalınmaz bir meylə bənzəyir. Və bu konsepsiyaları da "əsaslandırmaq” üçün mental qabiliyyətsizlik və ya düşüncəyə və özünüdərkə təsir edən musiqinin, iqlimin, poeziyanın, coğrafi məkan baxımdan yerləşmənin, ailə quruluşunun, böyüklərə münasibətin "günahkar olması” barədə tezislər irəli sürülür. Amma, bütün bu "günahkarlar” arasında ən mərkəzi yeri isə əlbəttə ki, - din tutur.



Hələ uşaq vaxtlarımdan bir xüsusiyyət yaddaşımda həkk olunmuşdur: əgər kimsə bu və ya digər milli xüsusiyyətə özünün mənfi münasibətini göstərmək istəyirdisə, o, "müsəlman mentaliteti” ifadəsini işlədirdi. Xüsusilə maraqlı olan budur ki, ictimai-siyasi həyatda hər hansı mənfi halları izah etmək üçün bir çoxları bu söz birləşməsində sanki "bütün problemlərin kökünü”, bir "suç keçisi” tapırlar. Bu tendensiya, müxtəlif qəzet və jurnallarda da müşahidə edilir. Elektron KİV-lər də, tok-şoular da və sairə və ilaxirə də bu universal "suçlu”ya müraciət etməkdədirlər.



Məsələn, əgər uzun çəkən matəmin və ya təmtəraqlı yas proseslərinin səbəblərini izah etmək istəyirlərsə, nə üçünsə "müsəlman mentalitetini” yada salırlar. Kimsə vətəndaş mövqeyinin təzahüründən boyun qaçırmaq istəyirsə - yenə də bu "mentalitetə” istinad edilir. Kimsə ailə üzvlərinə qarşı qeyri-insani, kobud rəftar edirsə – yenə də bədnam "mentalitet” pərdəsi altında gizlənir. Gender problemləri, uşaq ölümü, vətəndaş passivliyi və sairə və ilaxirə - bütün bu işlər sən demə yenə də bizim "müsəlman mentalitetimizin” məhsuludur.



İslamdandırmı?!



Bunlar hamısı bir yana, müsəlman dünyasında bərqərar olan bütün əyintiləri, idarəetmə rudimentlərini elə müsəlman mentalitetinin bir hissəsi kimi sırımaq cəhdləri var.



Əgər söhbət həqiqi İslam dinindən, əziz Peyğəmbərimizin (s) və onun Əhli-Beytinin (ə) bizə ərməğan qoyduqları İslamdan gedirsə, onda bilmək lazımdır ki, belə İslam, ictimai ədalətsizliyi qəbul etmir. İslamda Kərbəla var, Aşura var – bunlar aktiv vətəndaş mövqeyinin canlı məktəbləridir. Məlum olduğu kimi, tarixdə zülmün, özbaşınalığın ən güclü təzahürləri Bəni-Üməyyə nəslindən olan Müaviyyənin (lən.) və oğlu Yezidin (lən.) vaxtında olub. Və onda İmam Hüseyn (ə) öz tərəfdarları ilə birlikdə ədalət prinsiplərinin pozulmasına, istibdad və qanunsuzluğun əleyhinə çıxdı. Onlar azadlıq və İlahi ideallarının zəfəri naminə mümkün ola bilən ən qiymətli şeydən – öz canlarından keçdilər. Kərbəla şəhidləri canlarından keçdilər, amma, həqiqi İslamın məhv olmasına, itirilməsinə, yaddan çıxarılmasına imkan vermədilər.



İnanca qarşı bu qərəzlilik məişət səviyyəsində xüsusən təzahür tapır: tez-tez belə bir cəfəngiyyat eşidirsən ki, xanım öz istəyi ilə yox, atasının iradəsi ilə ailə qurmalıdır. Və yenə də bizim "müsəlman mentalitetimiz” günahkardır. Amma, axı, məhz İslam dini bəşəriyyətə nikah müqaviləsi institutunu – yəni, qadının ərin özbaşınalığından sığorta edilməsini bəxş etmişdir!



"Problem generatoru”, yoxsa həll yolu?



Sən gör bizim bu "müsəlman mentalitetimiz” nə yaman şeymiş?! Lap problemlər generatoru, problemlər yığnağı imiş ki...



Lakin, axı məsələ çox sadədir – biz ağrılı təhlildən, bəlalarımızın həqiqi səbəblərinin müəyyən edilməsindən qaçırıq, yaxamızı kənar çəkməyə çalışırıq. Axı bütün yuxarıda sadalananlar və sadalanmayan mənfiliklərin nə İslama, nə də müsəlmançılığa bir aidiyyəti vardır. Əlbəttə ki, anlayışın həqiqi mənasında. İslam və müsəlmançılıq əksinə, belə biabırçılıqları yalnız pisləyir və qınayır.



Milyonlar ömürlərini puç edir, ictimai zülmə loyallıq təzahür etdirir - və bütün bunları edən zaman da anlaşılmaz və haradansa əxz edilmiş uydurmalarla bunu inancın üstünə yıxır.



Bəs əslində necədir? Əslində isə İslam dini ictimai zülmü məqbul edən situasiyanı rədd edir. Dinimiz şəxsi incikliklərimizi bağışlamağa, yaxınlarımızı sevməyə, başqalarının dərdinə şərik çıxmağa, sevinclərini bölüşməyə, fədakarlığa çağırır. Lakin, eyni zamanda, ictimai mərəzlər və yaralar müqabilində prinsipial olmağa, mövqe sərgiləməyə dəvət edir.



Bu xüsusda, əgər biz Allah Təalanın bizə hələ 1400 il əvvəl bəxş etdiyi belə nemətləri itirmişiksə, onda İslam neyləsin! Bunun axı İslam dininə bir aidiyyəti yoxdur! Axı kimsə "demokratiya” deyərək "ikili prinsipləri” əldə rəhbər tutursa, ona görə biz demokratiyanı tənqid etmirik ki?! Burada demokratiyanın günahı olmadığı kimi, bu biri məsələlərdə də dinin günahı yoxdur axı!



Ona görə də, əgər biz Peyğəmbərin (s) gətirdiyi dinlə hər hansı bağlılığı olan nədənsə danışırıqsa, onda burada məsələ heç də İslamda deyildir.



Bu qayda ilə, hətta bundan da aktiv şəkildə biz bütün bəlalarımızı "müsəlman mentalitetinin” üzərinə yıxa bilərik. Amma, görəsən, daha yaxşı olmazmı ki, başımıza gələn bizim bütün bəlaların elə məhz "qeyri-İslam mentalitetindən”, həqiqi İslamdan ayrı düşməyimiz səbəbindən doğduğunu qəbul edək? Həmin o İslamdan ki, bütlərə baş əyməməyi, həm şəxsi, həm ictimai, həm iqtisadi, həm də digər müstəvilərdə olan bütün biabırçılıqlara qarşı prinsipial olmağı öyrədir... Həmin o İslamdan ki, rasionallığa, həqiqi praqmatizmə, obyektivliyə, tərəqqiyə, öz daxilimizə ekzistensial baxışa çağırır... Həmin o İslamdan ki, hər hansı bir şəraitdə şəxsiyyət ləyaqətini itirməməyə, heç kimə özünü alçaltmağa imkan verməməyə çağırır... Həmin o İslamdan ki, bizi ətalətdən uzaq olan təfəkkürə dəvət edir... Həmin o İslamdan ki, insan haqlarına hörmət etməyə, insanları sevməyə çağırır... Və həmin o İslamdan ki, ikiüzlülük, riyakarlıq etməməyə, dünya ağalığı iddiasında olanlar, "qoluzorlular” qarşısında əyilməməyə çağırır...



Bax belə... Belə çıxır ki, sən demə, bizim başımıza gələn bütün bəlalar "müsəlman mentalitetindən” yox, tamamilə əksinə - "qeyri-müsəlman” mentalitetindən meydana gəlirmiş!



Ona görə də, gəlin obyektiv olaq. Hər bir şeydə dini günahlandırmaq - ən azı insafsızlıqdır. Bir qədər özümüzə, özümüzün hazırkı durumumuza və gələcək perspektivlərimizə tənqidi baxsaq, daha yaxşı olar. Əməllərimizin özülündə mənəviyyat durmalıdır. Onda reqressə, dağıdıcılığa deyil, quruculuğa üz tutarıq. Təbii ki, bundan hamı udacaq.



Qoy bu işdə Uca Allah Özü bizə kömək olsun!
Category: Salam | Views: 579 | Added by: ehlitovhid | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024