Ayətullah Cavad Amuli demişdir: "İl təhvil olan zaman deyirik ki, Allahım, qəlblərimizi dəyişdir. Cəmiyyətin ilk fərdi və ictimai problemlərinin həll yolu - insanların həqiqi mənada büluğa çatması ilə olar. Həqiqi büluğ dedikdə isə fikri və mədəni büluğ nəzərdə tutulur. İslam dinində o kəs ki, büluğa çatmamışdır, onun heç bir vəzifəsi yoxdur. Biz adətən, bir insanın büluğa çatmasını sənəd almaqla hesab edirik. Deyirik ki, əgər bir kəsin yaşı 15 və ya 18-dirsə, büluğa çatıbdır. Bu insanın vəzifələri vardır və hətta səsvermədə də iştirak edə bilər. Ancaq onu bilməliyik ki, dinin, Quran və Əhli-beytin (ə) ətrafına dolanmadan elə həmin uşağıq ki, əvvəllər də olmuşuq. Hətta əgər yaşımız 15 və 18-dən çox olsa belə. Əvvəl baxmalıyıq ki, ilin təhvil olması nədir, fikri və mədəni büluğ nədir? Əgər büluğa çatmışıqsa, ona uyğun proqramımız olmalıdır. Əks halda, uşaqcasına proqrama malik olarıq. Hər bir kəsin ömrü onun
...
Ətraflı oxu»
|