
Tarixin XXI əsr dönəmində dünyada cərəyan edən hadisələrin dünya müsəlmanlarının xeyrinə olacağını demək, heç şübhəsiz, doğru olmazdı. Özünü mədəni toplum adlandıran bəzi dövlətlər, millətlər, ayrı-ayrı təsisatlar islam dəyərlərinə qarşı hücuma keçməkdə, hətta onun ən sevimli peyğəmbəri, Allahın yer üzərindəki sonuncu elçisi Həzrət Muhəmmədi (s) müxtəlif yollar və vasitələrlə tənqid və təhqir etməkdədirlər. Siyasi emansipasiyalar, regional təhdidlər, güc mərkəzlərinin hakimiyyət, səltənət və siyasət qovğaları səngimək bilmir. Daha çox təbii enerji ehtiyatlarına və insan resurslarına malik müsəlman ölkələrini demokratiya və insan hüquqları pərdəsi altında işğal edib ələ keçirmək məlum güclərin məkrli planlarının üzdə olan görüntüləridir. Əsas hədəfləri müsəlman gənclərinin düşüncələrinə, həyat tərzlərinə təsir etmək, onları dini və milli dəyərlərdən ayrı salmaq, Qərb mədəniyyətini təbliğ et
...
Ətraflı oxu»