Çox varlı bir şəxs bilir ki, qısa zamandan sonra öləcək və o ölməkdən çox
qorxurmuş. Ölməmişdən əvvəl vəsiət edir ki, onu basdıran günü kimsə onunla
birlikdə bir gün qəbirdə yatsın və həmən şəxsə bu varlı şəxsin var-dövlətinin
yarısı verilsin. Bir çox kasıb birisi onunla bir gün yata biləcəyini deyir.
Həmən insanın peşəsi iplə müxtəlif işlər görmək olub.
Belə olur ki, həmən varlı şəxsin ölüm günü gəlib çatır və o vəfat edir. Onunla
birlikdə həmən kasıb şəxs onunla birlikdə gecəni qəbirdə yatır. Gecə bunlar
qəbirdə olan zaman mələklər gəlir və görürlər ki, bir şəxs ölüb digəri isə
sağdır və qərar verirlər ki, əvvəl sağ qalanı sorğu-sual etsinlər, çünki ölü
onsuz onlarındır. Mələklər başlayırlar həmən yoxsul şəxsə soruşmağa ki, sənin
əlindəki ip nədir? Sən bu iplə nə iş görürsən və s. Həmən şəxsin bütün var-yoxu
bu ip olduğundan başqa sualda yox idi.
Səhərisi günü varlı şəxsin qohumları bu şəxsi dəvət edib ona pulu vermək
istəyəndə kasıb deyir ki, lazım deyil. Mənim olan qalanım bir dənə ip idi bütün
gecəni ona aid o qədər sual verdilərsə mənim bu qədər pulum olsa lap başım
xarab olar mənim.
FİKİRLƏRİNİZ
|