Ayətullah Mühummədtəqi Misbah Yezdi təfsir dərsində buyurmuşdur: "Həzrət Əli (ə) iman və küfrün əsaslarını zikr etdiyi kimi? şəkk üçün də dörd əsas bəyan etmişdir. İnsanın dini həqiqətlər qarşısındakı rəftarı bir neçə cürdür. Birincisi odur ki, insan bu həqiqətləri tanısın və onları qəbul etsin. Ya da düzgünü tanıyaraq, bu həqiqətləri inkar etsin. Ancaq bəzi insanlar baxmayaraq ki, dini tanımağın dalıncadırlar, inkar etmək qəsdləri də olmur. Şəkk içərisində gəzirlər. İctimai şəraitlər bu məsələdə təsiredicidir. Bu da səbəb olur ki, insan şəkk halında olsun. Şəkkin ilk bölməsi odur ki, insan haqqı tanımaq məqamına çatmış olsun. Ancaq başqalarının sözünü qəbul edə bilməsin və bu cür insanlar öz şəklərində qalmış olarlar. Heç zaman həqiqətə çatmazlar. Bəzi insanlar ancaq başqalarının nəzərini rədd etməklə məşğuldurlar. Bu cür insanlara yunan sofistlərini misal göstərmək olar. Bu insanlar başqalarına qələbə çalmaq üslubunu onlarla mübahisə etməkdə görürdülər və nəhayətdə şəkkə düçar oludular. O yerə qədər ki, hissi və əqli idraklarında da şəkk içindədirlər. Şəkk müxtəlif sahələrdə özünü büruzə verir. Bəzi hədislərdə bəyan edilmişdir ki, necə ki, insan bəzi yeməklərə adət edir, pis işlərə də adət edir. Qurani-Məcidə əsasə mübahisənin növləri vardır. Allah həqiqətləri başa düşmək üçün insanı yaxşı mübahisəyə təşviq edir. İnsanlara buyurur ki, Kitab əhli ilə ən yaxşı şəkildə mübahisə etsinlər. Bu peyğəmbərlərin (ə) də üslubu idi. Qurani-Kərim münafiqlərlə mübahisə etmək haqqında buyurmuşdur: "Onlara de, əgər qızları diri-diri basdırırlarsa, mələkləri niyə Allahın qızları adlandırırlar? Bu adil bir bölüm deyildir. Çünki özünüz oğlan dalıncasınız”. Həqiqətdə bu əqli dəlil deyildir və mübahisə adlanır. Yersiz mübahisə başqalarının nəzərini rədd etmək üçün istifadə edilir. Onun nəticəsində insanda hidayət üçün heç bir ümid qalmır və o daima şəkk içərisində qalar. Həzrət Əli (ə) bu haqda buyurmuşdur: "O zaman ki, yersiz mübahisə insanda adət halını alar, səbəb olar ki, bu şəxs heç vaxt gecəni səhərə çatdırmasın və yersiz mübahisənin zülmətindən xaric olmasın”. Bəzi insanlar tədqiq zamanı özlərinə etimad etməzlər. Çətinliklə üzləşəndə qorxuya düçar olarlar. Bu da həmin insanların tənbəlliyini göstərir. Bu xüsusiyyət səbəb olar ki, çətinliklə üzləşəndə tez bir zamanda təslim olsunlar. Qərar qəbul etməkdə gücsüz olmaq şəkkin üçüncü bölməsidir. O insanlarda ki, bu xüsusiyyət vardır, haqqı qəbul edib, inkar etmək arasında tərəddüd edərlər. Çünki zehni vəsvəsəliyə düçardırlar. Düzgün qərar çıxara bilməzlər. Həzrət Əli (ə) bu haqda buyurmuşdur: "Bu yola şeytanlar insana hücum edər, insan da onların zəhər altında əzilər”. İnsan gərək nəzarət etsin ki, bu fikri vəsvəsələr zehnində adət halını almasın. Şəkkin dördüncü bölməsi bəzi insanların fikirsizliyidir. Bu macəra axtarmağa bənzəyər. Qəribə işlər görərlər və mümkündür ki, elə iş görsünlər ki, dünya və axirət fəlakətinə səbəb olsun. Bu insanlar ancaq olduqları zamanı düşünürlər, gələcək onlar üçün əhəmiyyətsizdir. Həzrət Əlinin (ə) kəlamlarına diqqət edərək görmək olur ki, insanı həqiqi imandan məhrum edən şəklərin bir neçə növü vardır. Hər birinin də öz təhlükəsi vardır”. (abna)
/Deyerler.org/
|