Ayətullah Məkarim-Şirazi
təfsir dərsində buyurmuşdur: "İnsanların bir-biri ilə maddi, cismi
və mənəvi, ruhani bağları vardır. Böyük İslam dini də hər birinə
əhəmiyyət verir. O zaman ki, ata və ana qocalar, əldən düşərlər -
məhəbbətə ehtiyac duyarlar. Ancaq çox təəsüf ki, bu günün dünyası bu
məsələnin üzərinə qırmızı qələm çəkimşdir. Övlad o zaman ki,
valideynləri qocalır, onları qocalar evinə göndərərlər. Həqiqətdə
yaddan çıxartma evinə. Bəzən aylarla onlara baş çəkməzlər. Quran
valideynə "uf” deməyi belə qadağan edərək, məzəmmət etmişdir. Onlara
güldən artıq söz demək olmaz. Onlara fəryad çəkmək olmaz. Onlarla
səmimi olmaq lazımdır. Valideyn o zaman ki, qocalır, daha çox məhəbbətə
və himayəyə ehtiyac duyur. Övladlar gərək valideynlərin çəkdikləri
əziyyətlərə cavab versinlər. O övladlar ki, valideynlərinə ehtiram
göstərmirlər, əmin olsunlar ki, qocalan
...
Ətraflı oxu»