Hicri təqvimi ilə40-cı il, mübarək ramazan ayının on doqquzuncu günü , sübh namazı vaxtı, Kufə məscidində, İbn Mülcəm Muradi, zəhər sürtülmüş qılıncını təqvalılar mövlası həzrət Əlinini (ə) başına endirdi. (Vəqayeül-əyyam: s. 47)
Yazırlar: Xəvariclər döyüşündən qaçan fərarilərdən bir qrupu müsəlmnaların işlərini islah etmək məqsədi ilə Məkkədə, özlərinin məhrəmanə (xüsusi) təşkil etdikləri məclisdə bu nəticəyə gəldilər ki, üç nəfəri qətl etməlidirlər: İnb Mücləm könüllü olaraq həzrət Əlini (ə) ödlürməyi öz öhdəsinə götürdü. O, öz niyyətini heç bir kəsə demədən Kufəyə daxil olub O şəhərdə özünün həmməsləkləri ilə əlaqə saxladı. Nəhayət Quttam adında bir qadın və iki digər şəxs - Vərdan və Şəbib də onunla əlbir olub Kufə məscidində həzrət Əliyə (ə) hücum etsinlər. Quttam, öncədən zəhər sürtrmüş qılınclarını onlara verdi. Onlar planı, Əş`əs ibn Qeysə dedilər. O da, onlarla həmrəy olub onlara kömək etmək üçün məscidə gəldi. Təqvalılar mövlası həzrət Əli (ə), həmişə olduğu kimi sübh vaxtı Kufə məscdinə gəldi. Damın üstünə qalxdı və sübh işıqlanmağa başlayanda azan dedi. Sonra məscdin mehrabına gedib sübh namazının nafiləsinə məşğul oldu. Birinci rəkətdə başını səcdədən qaldıran zaman Şəbib, o həzrətə tərəf hücum etdi. Lakin qılınıcı hədəfdən yan keçdi. Ardınca o an, İnb Mülcəm Muradi hücum edib qılınıcı o həzrətin mübarək başına endirdi və onun başıını alının yaxınlığınadək yardı onun mübarək üzünü-saqqalını qana boyadı. Bu an həzrət buyurdu: " Allahın adı ilə və Allah üçün və Allahın Rəsulunun dini üçün! And olsun Kəbənin Allahına, qurtuluşa çatdım!” Sonra mehrabın torpağından bir qədər götürüb başının yarasının üstünə səpdi və bu ayəni tiavət etdi: "Biz sizi torpaqdan yaratdıq, ona da qaytaracağıq və bir daha da sizi (torpaqdan) çıxaracağıq.” (Taha surəsi:55-ci ayə) Sonra səhabə və köməkçiləri onu evə aparıb şəhadət yatağında qərar verdilər. Yazırlar: İbn Mülcəmin zərbəsi təqvalılar mövlası Əlinin (ə) başına dəyəndə yer titrədi, dənizlər tufanlı, səmalar qarışdı, məscidlərin qapısı bir-birinə dəydi səmada məlaikələrin fəryadı ucaldı. Qara yel əsib aləmi qaranlığa bürüdü. Cəbrail göy və yer arasında nida etdi: And olsun Allaha ki, hidayətin rükləri sındı, nübüvvət elminin ulduzları söndü. Pərhizkarlıq nişanəsi aradan qalxdı və Allahın möhkəm ipi qırıldı Həzrət Mustafanın əmisi oğlu , vəsilər ağası Əliyyi Murtəza şəhid oldu və ən bədbəxt quldur onu şəhid etdi.” Elə bir şəkildə ki, camaat da eşitdi.” (Müntəhayül-əmal: 3-cü bab, 3-cü fəsl, s. 246)./islamaz.com/