ﷲ
İSMAYIL QURBANI VƏ HƏCC ZİYARƏTİ
Bismillahirrəhmanirrəhim
Qurban bayramı müsəlman dinində ən əziz və müqəddəs bayramlardan biridir.Məhs bu zilhiccə ayında Uca Allah (H.z) İbrahimə oğlu (H.z) İsmayılı onun yolunda qurban kəsməyi əmr etdi və öz rəbbinə olan hədsiz sevinci, itaətkarlığı bu ata və oğulu Allahın əmrini yerinə yetirməyə vadar etdi.Bu hadisə Allaha olan sevginin və imanın ən yüksək mərtəbəsi idi.Bu hadisə insanlığa sevgi dərsi idi.elə bir sevgi ki, öz canının bir parçası olan övlad sevgisindən daha yüksək daha ali.Bu eləbir sınaq elə bir imtahan idi ki,həm Allaha həm də ataya olan sevginin sübutu.(H.z) İbrahim övladının əl-ayağını bağlayıb gözlərini qapadı ki, gözləri övladının gözlərinə sataşmasın yoxsa Allahın əmrini yerinə yetirə bilməzdi və uca Allah bu imtahanı qəbul edib onu qoç ilə əvz etdi.Bu hadisə səbrin ən gözəl və bariz nümunəsi idi(H.z) İsmayılın nümunəsi ata övlad münasibətləri konteksindən baxandada heyrələndirici və müdhiş bir nümunədir. Bu gün bəzilərinin nəinki canından hətta kiçik bir məbləğindən belə keçməyə hazır olmadığının şahidi oluruq. Halbuki bunların sadəcə bir vasitə olduğunu anlaya bilmirik.Əslində var-dövlətin Allaha yaxılaşmağın,onun buyurduğu kimi sərf edərək Allah rizasını qazanmağın bir vəsitəsi olduğunu anlamırıq və Allah ona yxınlaşmaq üçün varını və digər sahib olduğunu məhs onun rizasını qazanmq üçün xərcləyən insanların,xəstəliyə,yoxsulluğa və digər çətinliklərə səbr edən insanların öz mükafatını alacağını Quranda bu cür xəbər verir:”Biz sizi bir az qorxu,bir az aclıq,bir az da mal,can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik.(Ey rəsulum,Belə imtahanlara)səbr edən şəxslərə müjdə ver.”Bəqərə 155.
Bu ayda daha bir əməl var ki.Allah bu barədə buyurur:”Onun yoluna (ərzaq,minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur”.Ali-İmran 97.Fiziki,maddi və ən əsası mənəvi imkanı olan hər bir müsəlman dünyanın ən müqədəs və ən qədim ziyarətgahı olan Allah evini—Kəbəni ziyarət etməsi Allahın əmridir.Quranda Allah bildirir:”Yol açıq olduqda hər bir sağlam və imkanlı müsəlmana ömründə bir dəfə Məkkədə Kəbə evini ziyarət etməsi vacibdir”.Bu əməl insanlara Allahahın ona doğru çağırışıdır.Dünyanın hansı ölkəsində,hansı yerində yaşamasından,uzaq və ya yaxın olmasından asılı olmayayaq o evi ziyarət etməsi Firui-Dinin vacib əməllərindən biridir.Allah quranda bildirir:”İnsanları Həccə çağır ki,onlar sənin yanına piyada və hər uzaq yoldan hər cür minik ilə gəlsinlər”.Əl-Həcc 27.Bundan əlavə o evin ziyarət edilməsi zaman-zaman insanlara çatdırılmış bu əməlin tərk edilməsinin Allahın bəyənmədiyi iş olduğu bildirilmişdir.Həzrəti Əli (ə) oğlanlarına vəsiyyətində buyurur:”Allah xatirinə rəbbinizin evinin ziyarətini—Həcci unutmayın.Çünki o ev tərk edilərsə,sizə möhlət belə verilməz,əzaba düçar olarsınız”.Həcc ziyarəti insanların təqvasının və imanının möhkəmlənməsinə kömək olan bir gözəl əməldir.İnsan Allahın qarşısında Başqa qardaşları kimi bərabər olduğunu lakin təqvasına görə ona yaxın ola biləcəyini anlayır.Fatimeyi—Zəhra (ə)buyurub:”Allah Həcci din sütunlarının güclənməsi üçün qərar verdi”.
Həcc ziyarəti elə bir əməldir ki,ayədə də buyurulduğu kimi imkanı və fiziki durumu yaxşı olan hər bir müsəlman Allahın hərəmini ziyarət etməlidir.Həcc ziyarəti müsəlmanların birliyinin və qardaşlığının göstəricisi olmaqla yanaşı həm də onların Allah dərgahında rənginə,milliyyətinə.imkanına görə deyil sadəcə təqvasına və ibadətinə görə olduğunu göstərir.Həcc ziyarəti və ümumiyyətlə edilən bütün ibadətlər təmiz niyyətlə və saf qəlblə edilməlidir.Mövlanə Cəlaləddin bu haqda deyir:”İnsanın əsası qəlbdir.Qəlb sultandır.İki aləmdədə Allahın nəzər etdiyi yer saf qəlbdir”.
Həcc ziyarəti həm də bir sosial və ictimai yaxınlaşma və qardaşlaşmadır.Müsəlmanlar bir yerə yığışaraq islam ümmətinin problemlərini müzakirə edə və öz təcrübələrini bölüşərək çətinlikləri aradan qaldırmaq yollarını tapa bilərlər.Bu əməl mənəvi saflaşma ilə yanaşı həm də orada kəsilən qurbanların fəqirlərin və imkansizların köməyinə yetən bir qardaşlıq aksiyasıdır. Bu ziyarət əsnasında yerinə yetirilən bir əməl də şeytanın daşlanmasıdır.Əslində insan şeytenı daşlamaqla öz qəlbində olan şeytani hissləri daşlamış olur və Allahına söz verir ki,bu hissləri qəlbindən birdəfəlik silib atmaq əzmindədir.Həcc mərasimi həm də bir göstərişdir islamın düşmənlərinə və bədxahlarına bir mesajdır ki,Allah bu göstərişi ildən-ilə daha da əzəmətli və mütəşəkkil edir.
Allah bütün müsəlman ümmətinin birliyini bərqərar etsin.Amin.
Xalid Azadoğlu
10.11.2009 Bakı
|