Bir gün Bakı xəstəxanalarının birində olanda bir oğlanın can verdiyinin şahidi oldum. Oğlandan xahiş etdim ki, "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" desin. Lakin oğlan çox ağır vəziyyətdə olduğundan və əziyyət çəkdiyindən deyə bilmədi. Vəziyyəti isə get-gedə ağırlaşırdı. Baxdım ki, oğlan demək istəmir başladım yalvarmağa ki, onsuz da ölürsən heç olmasa "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" de ki, bəlkə Allah təala sənin bütün günahlarını bağışlayıb səni cənnətə daxil etsin. Axir ki, istədiyimə nail ola bildim. Oğlan çox rahat şəkildə "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" dedikdən həmən sonra dünyasını dəyişdi. Gözlərimdən sevinc göz yaşları axmağa başladı. Fikirləşdim ki, Ya Rəbbim!!! Bir insan ölüm ayağında və bu qədər acı çəkməsinə baxmayaraq necə də, rahat kəlmeyi şəhadət gətirə bildi. Elə bu an içəri, oğlanın anası daxil oldu. Oğlunun dünyasını dəyişdiyini görüb başladı ağlamağa. Sonra birdən gözü mənə sataşdı. Və soruşdu ki, "Sən nəyə görə ağlayırsan?". Dedim ki, "Ay anam bu sevinc göz yaşlarıdı, çünki sizin oğlunuz cənnətə getdi". Soruşdu ki, "sən hardan bilirsən?". Dedim ki, "ölməmişdən qabaq kəlmeyi şəhadət gətirdi". Ananın mənə verdiyi cavab isə inanılmaz oldu: "Axı mənim oğlum anadangəlmə laldı..
|