Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 1 Qonaq: 1 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » Salam
HƏYAT ÖRNƏYİMİZ KİMDİR?
Böyük-kiçikliyindən asılı olmayaraq bütün insanlar digərlərindən örnək götürür, bəzi işlərində onlara oxşamağa çalışırlar. Bu, hər bir insanın fitrətində olan bir xüsusiyyətdir. Odur ki, tarix boyu cəmiyyətlərin öndə gedən ziya sahibləri insanın bu fitri ehtiyacını təmin etmək məqsədilə onlara nümunələr təqdim etmək fikrində olmuşlar. Ümumiyyətlə təlim-tərbiyə məsələləri ilə məşğul olan hər bir kəs insanın məhz bu xüsusiyyətini nəzərə alaraq tərbiyənin lazım olduğunu ortaya qoyur. İnsan ağıl sahibi olmaqla yanaşı, həm də müxtəlif nəfsi istəklər toplusudur. İnsanın bu ziddiyyətli daxili qüvvələri arasında həmişə mübarizə gedir və təəssüf ki, insan heç də həmişə bu mübarizədən qalib çıxmır. Insanın maddi meyilləri onu bir istiqamətə, mənəvi hissləri isə digər istiqamətə çəkir. Onun bu mübarizədən ağılın qələbəsi ilə çıxması üçün ağıl sahibi olması kifayət deyildir.
...
Ətraflı oxu»
|
Pеyğәmbәr (s) buyurub: "Hәr kim mәnim övlаdlаrımı görsә vә оnа hörmәt әlаmәti оlаrаq аyаğа qаlхmаsа, mәnә zülm еtmişdir. Mәnә zülm еdәnsә, münаfiqdir. Hәr kim mәnim övlаdımı görәndә hörmәt әlаmәti оlаrаq аyаğа qаlхmаsа, Аllаh оnu еlә bir bәlаyа düçаr еdәr ki, dәrmаnı оlmаz. Hәr kim sеyidlәri görәndә sаlаvаt zikr еtsә, Аllаh оnun еşitmә vә görmә qüvvәsini güclәndirәr. Mәnim övlаdımlа хörәk yеyәn şәхsә Аllаh cәhәnnәm оdunu hаrаm еdәr. Hәr kim mәnim övlаdımlа görüşsә, mәn оnu qiyаmәt günü ziyаrәt еdәcәyәm. Mәnim övlаdımın yахşılаrınа hörmәt еdin. Pislәrinә isә mәnә görә hörmәt еdin.”[1]
[1] "Dәsturаtе-zindәgi”, sәh. 225.
|
Hz. Peyğəmbər (s.a.v.v.) əfəndimiz belə buyurmuşdur: Namaz dinin dirəyidir. Namazda on gözəllik vardır.
...
Ətraflı oxu»
|
Kаsıb bir kişi vаrlının qаpısınа gеdib оnа dеdi: Еşitmişәm, nәzir еtmisәn ki, mаlını Аllаh yоlundа kаsıblаrа vеrәcәksәn. Mәn dә kаsıbаm. Vаrlı şәхs dеdi: Mәn bu nәziri kоr kаsıblаr üçün еtmişәm. Sәn isә kоr dеyilsәn. Bu zаmаn kişi özünә gәlib dеdi: Hәqiqi kоr mәnәm ki, Аllаhın qаpısını qоyub, sәnin qаpınа gәlmişәm. О, bu sözü dеyib gеtdi. Vаrlı bu sözdәn çох nаrаhаt оldu vә gеdib оnu tаpdı. Аmmа nә qәdәr isrаr еtdisә, kаsıb оndаn pul аlmаdı. ("İbrәthа dәr аyinеyi dаstаnhа”, sәh. 92.)
Dаvud (ә) buyurub: "Әli dirsәyә qәdәr әjdаhаnın аğzınа sаlmаq dilәnmәkdәn yахşıdır. Dilәndiyin şәхs dә әvvәllәr sәnin kimi idi.” ("Mеrаcus-sәаdәt”, sәh. 275.)
|
Övliyalardan biri yoldan ötərkən təsadüfən dəlixananın yanından keçir. Övliya görür ki, dəlixananın nəzarətçisi toxmaqla nə isə əzir. Soruşur: -Nə edirsən? -Dəlilərə dərman hazırlayıram - deyir. -Mənə də bir dərman verərsənmi? - söruşur övliya. Nəzarətçi ondan xəstəliyini soruşur. Övliya deyir: -Xəstəliyim günah xəstəliyidir, çox günah işlədirəm. Nəzarətçi çiyinlərini çəkir: -Məndə belə bir xəstəliyə dərman yoxdur deyir. Onların söhbətini eşidən dəlilərdən biri "gəl sənə dərman deyim" söyləyir. Övliya maraqlanır: -Nədir dediyin dərman? Dəli deyir: -Tövbə kökü ilə istiğfar yarpağını qarışdır, qəlb qabında tövhid toxmağı ilə əz. Sonra insaf ələyindən keçir, göz yaşıyla yoğur, eşq odunda bişir və səhər-axşam ye! Övliya ah çəkir: -Gidi dünya! Günah xəstəliyindən qurtulduğumu bilsələr güman ki sənin yanına salacaqlar!
|
Müsəlman həkimlərdən biri danışır: -"Xəstələrimdən bəziləri ölümcül halda olarkən onlara şəhadət kəlməsini söyləməyi təlqin edirdim. Dəfələrlə olub ki, onlar bu kəliməni söyləmədən dünyadan köçüblər. Hətta bir gün bir xəstə gətirildi. Ölüm anında idi. Ona yaxınlaşıb: - "De: Lə iləhə illəllah!”. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub: "Kimin son sözü "Lə iləhə illəllah” olarsa, o Cənnətə daxil olar. Lakin o susurdu. Mən bu dediklərimi dəfələrlə təkrar etdim. O isə uzun bir sükutdan sonra boğuq səslə cavab verdi: - "Həkim, mən sizin nə demək istədiyinizi anlayıram. Amma deyə bilmirəm, deyə bilmirəm...” Və bu xəstə beləcə - bu kəliməni söyləmədən dünyasını dəyişdi. Günlərin birində xəstəyanaya ağır bir xəstə gətirildi. Dərhal əməliyyat etdik. Lakin vəziyyəti dəyişilm
...
Ətraflı oxu»
|
Aşura dərsləri silsiləsindən... İmam Hüsеynin (ə) yaratdığı inqilab və Kərbəlada aşura günü bizə öyrətdiyi dərslərdən biri isardır. İsar barədə bir çox ayə və hədislər vardır. Quranın bu haqda buyurduğu ayələrdən birini əziz möminlərin nəzərinə çatdırdıqdan sonra isarın mənaları ilə tanış olub bəhsimizi davam еdəcəyik. "Həşr” surəsinin 9-cu ayəsi mühacir və ənsarlar barədə olan ayədir. Mühacirlər o kəslərdir ki, Pеyğəmbərlə (s) birgə Mədinəyə hicrət еtmişdilər. Ənsarlar isə Mədinədə Pеyğəmbərə (s) iman gətirib, Həzrətə (s) köməkçi olan insanlardır. Əlbəttə, mühacir və ənsarların öz aralarında dərəcələri barədə bir sıra söhbətlər еtmək olar ki, bəhsimizdən uzaq düşməmək üçün bu söhbətin üstündən ötəri kеçirəm. Bu ayədən öncəki ayələrdə qənimətlər, bеytülmal və onun kimlər üçün olduğu barədə söhbət olunduqdan sonra 9-cu ayədə bеlə buyurulur: Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman еvini (Mədinə m
...
Ətraflı oxu»
|
8-ci hicri ilində Məkkənin fəthindən və İslamın Ərəbistandakı qüdrətindən sonra başqa dinlərin, məzhəblərin rəhbərləri İslama və müsəlmanlara xüsusi diqqət göstərirdilər. Bu məsələ İslamın Hicazdan daha da uzaqlara qədər yayılmasına səbəb ola bilərdi. İslam Peyğəmbəri (s) bu fürsətdən istifadə etdi və müxtəlif ölkələrin və qəbilələrin rəhbərlərinə məktub göndərərək, onları İslam dinini qəbul etməyə, ya da rəsmi şəkildə tanımağa dəvət etdi.
Təbiidir ki, məktubu göndərdiyi ölkələrin rəhbərləri və görkəmli adamları Mədinəyə gəlməyə meyl edirdilər. Onlar Peyğəmbərlə (s) şəxsən tanış olmaq istəyirdilər. Müsəlmanların vəziyyətini yaxından görmək istəyirdilər. Buna görə 9-cu hicri ilində müxtəlif tayfa və qəbilə başçıları Peyğəmbərin (s) xidmətinə gəldilər. Bu il tarixdə "Amul-vəfud” adı ilə məşhurdur.
Həzrət Peyğəmbərin (s) Nəcran xristianlarına göndərdiyi məktub da onları Mədinəyə tərəf cəlb etdi. B
...
Ətraflı oxu»
|
Salam olsun o ailəyə ki, Qurani-Kərimdə o ailə mədh edilib, o ailənin şəninə ayələr nazil edilib. Salam olsun o ailəyə ki, o ailəyə cənab Cəbrail nazil olub, o ailə ilahi vəhy ailəsidir. Salam olsun o ailəyə ki, o ailəyə salam göndərməyənlərin namazı, orucu qəbul olunmaz. Salam olsun o ailəyə ki, o ailənin sevinci ilə Allah sevinir, o ailənin qəzəbi ilə Allah qəzəblənir.
Zilhiccənin Əhli-Beyt (ə) günləri
Mübarək Zilhiccə ayı haqqında söz açarkən, təkidlə qeyd edirik ki, bu ay Əhli-Beyt (ə) ayıdır. Nə üçün? Çünki bu mübarək ayda Əhli-Beytlə (ə) bağlı bir sıra mühim, əhəmiyyətli tarixi hadisələr baş vermişdir. Ona görə ki, bu hadisələrdə Əhli-Beytin (ə) birbaşa iştirakı var, Əhli-Beytin (ə) Allahı tanımaqlıq, irfan, seyri-suluk dərsləri vardır. Hidayət İmamları (ə) ilə bağlı olan istənilən hadisəyə sıradan bir hadisə kimi baxmamalı, həqiqət, irfan eynəyi ilə baxmalıyıq. İstər mübarək və səadətl
...
Ətraflı oxu»
|
« 1 2 ... 9 10 11 12 13 ... 15 16 » |
|
|
Hikmət Çırağı
|
|
|
Kərbəla Tarixi
|
|
|
Halal Studiyası
|
|
|
Bizim Videolar
|
|
|
Bu Bayraqlara Sayqı Göstər
|
|
|
Peyqəmbərlər (ə) |
|
|