Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 1 Qonaq: 1 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » Salam
Ramazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək. Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: "İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar”. Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: "Oruc tutan (orucunun haqqını əda etməzsə) o zaman ki, dili, qulağı, gözü və əzalarını (o şeylər ki, ona haramdır) hifz etməz. Yəni həqiqi oruc tutmaq qarını bütün yeyəcəklərdən və içəcəklərdən və digər batil işlərdən hifz etmək və xülasə Allahın günahından çəkinməkdir. Çünki oruc tutan bütün
...
Ətraflı oxu»
|
Ayətullah Behcət (r) insanın sağlam olması üçün bir neçə tövsiyələr irəli sürmüşdür. Belə ki, Ağa Behcət buyurur: "Yemək yeyən zaman mötədilliyi qoruyun ki, sağlamlıq üçün çox faydalıdır. Əgər insan həmişə çörək yeməyə adət edibsə, yaxşı olar ki, bəzən düyü yesin. Əgər düyü yeməyə adət edibsə, yaxşı olar ki, bəzən çörək və ya sıyıq yesin. Yeməkdə çeşidlik olsun. Bir nəfərin dişi ağrıyır və həkimin yanına gedir ki, dişimi çək. Həkim deyir: Başın ağrıyan zaman onu da çəkirsən? Mədədə mötədilliyi qorumaq diş ağrısını da aradan qaldırar”.
Onu qeyd etmək lazımdır ki, Məsumların (ə) elmi ancaq mənəvi məsələlərə aid deyildir. Onlar insanın necə sağlam ola biləcəyi haqqında da tövsiyələr irəli sürmüşdülər. Əlbəttə bu tövsiyələrin çox az hissəsi bizim əlimizə keçmişdir. Ancaq əlimizdə olan bu az qiymətli tövsiyələr içərisində də dəyərli məsləhətlər çoxdur. Onlara əməl etmək bizə nica
...
Ətraflı oxu»
|
Həmran ibn Əyn İmam Baqirdən (ə) İmam Cəfər Sadiq (ə) barədə onun gözəl və ali xislətlərindən iyirmi üçünü nəql etmişdir:
1. Həzrət (ə) gecə-gündüz min rükət namaz qılardı. Onun da Həzrət Əli (ə) kimi beş yüz xurma ağacı var idi ki, hər birinin altında iki rükət namaz qılardı. 2. Namaz halında olarkən rəngi dəyişərdi. 3. Namazda Allah qarşısında zəlil bir qulun əzəmətli bir padşah qarşısında dayandığı kimi dayanardı. 4. Namaz halında bədəni titrəyərdi. 5. Namazını elə qılardı ki, sanki bu, onun axırıncı namazıdır. 6. Bir gün namaz halında olarkən əbasının bir tərəfi çiynindən sürüşdü. Namazını elə həmin halda da sona çatdırdı. Səhabələrindən biri ondan soruşdu: "Nə üçün əbanızı düzəltmədiniz?” Buyurdu: "Bilirsənmi kimin qabağında idim?" Bəndənin namazından yalnız hüzuri-qəlblə qıldığı miqdarı qəbul olunar.” Həmin şəxs dedi: "Elə isə, biz həlak olduq!” Həzrət buyurdu: "Əsla! Allah bu nöqsa
...
Ətraflı oxu»
|
"Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” ("Nəsr” surəsi) Təlaşlanın, ey Məkkə müşrikləri! Tədbir görün ey münafiqlər! Əzəmətli və zəhmli Allah ordusunun qüdrətinin şahidi olursunuz! Allah ordusunun əsgərlərinin ayaq səsləri neçə km, uzarlıqdan eşidilir. Allaha kafir olan qəlblərə qorxu düşür, yer-göy titrəyir, şeytanlar vahiməyə düşür, aləmlər təlatümə gəlir. Artıq, uzaqdan bir qaraltı görünür, "Əllahu Əkbər”, "Lə ilahə illəllah, Muhəmmədun Rəsulullah” şüarları könülləri oxşayır, azan sədaları altında Allah ordusu Allahın evinə yaxınlaşır. Bu ordunun qüdrəti qarşısında özünün aciz olduğunu gec də, olsa, anlayan kafirlər hərəsi bir dərəyə qaçır, gizlənməyə bir yer axtarırlar. Çox kiçikdirlər bu or
...
Ətraflı oxu»
|
Söhbət açdığımız bu mövzü çox mühim sayılan mövzülərdən biridir. Çünki İslam dini bu barədə Qurani-kərimdə çoxlu söhbət açmaqla Quran oxümağı təkid etmişdir. Gəlin əvvəlcədən bu barədə Quran ayələrinin bir neçəsinə diqqət yetirək. Allah təala bir neçə ayələrdə belə buyurur; "Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq (buyurulmuşdur)!” Nəml surəsinin 91-92-ci ayələri. "Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!” Muzəmmil surəsinin 4-cu ayəsi. "Qurandan sizə müyəssər olanı oxuyun.” Muzəmmil surəsinin 20-ci ayəsi. "İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik.” Isra surəsinin 106-cı ayəsi. Gördüyünüz kimi bu ayələrdə Allah təala bizə Quranın oxunmasını bəyan edir. Həmçinin Həzrəti Peyğəmbərinmiz (s) və onun əhli-beytindən çoxlu hədislər bu barədə söhbət açmı
...
Ətraflı oxu»
|
(Avini saytına istinadən)
İslami mənbələrə görə, Həzrət Məhdi (ə.f.) tərəfdarlarının aşağıdakı xüsusiyyətləri var: 1. Dərin düşüncə. İmam Məhdinin (ə.f.) tərəfdaşları Allaha, İmama (ə.f.), insanlara qarşı dərin düşüncəyə malikdirlər. İmam Məhdinin (ə.f.) tərəfdarlarının əsas xüsusiyyətlərindən biri – Allah Təalaya olan dərin düşüncəsidir. Bu mərifət o qədər dərindir ki, nə şübhələri olar, nə də düşüncələrində məğlub olarlar. İmam Əli (ə) buyurur: "O insanlar ki, Allahı layiqli olduğu kimi tanıyarlar, onlar axəril-zamanda Məhdinin (ə.f.) tərəfdarlarıdırlar”. Həmçinin İmam Sadiq (ə) onlar haqqında belə buyurur: "Onlar elə insanlardır ki, sanki qəlbləri dəmir parçasıdır və daşdan sərtdirlər. Allahın zatına görə heç bir şübhələri yoxdur”. Onların qəlb hərəmləri sərvət, vəzifə bütünə bürünməmişdir. Bu hərəmdə Allahdan başqası yoxdur. Bu dərin düşüncənin bəhrəsi ima
...
Ətraflı oxu»
|
Bağışlayan və Mehriban Allahın adı ilə! 1. İmam Əli (ə) buyurmuşdur: "Bizim Qaibimizin iki qeyb dövrü olacaq: onlardan biri digərindən daha uzun olacaq. Qeybdə olduğu müddətdə onun imamlığına yalnız imanı möhkəm və mərifəti kamil olan şəxs inanacaq”. 2. İmam Musa Kazım (ə): "Beşinci övladım qeybə çəkildikdə dininizi qoruyun və müğayət olun ki, kimsə sizi dininizdən çıxarmasın. O, istəsə də, istəməsədə, qeybə çəkilməlidir. Onda bəzi möminlər öz əqidələrindən dönəcəklər. Allah Təala onu qeybə çəkməklə öz bəndələrini sınağa çəkir”. 3. Həzrət Peyğəmbər (s) buyurub: "Məhdi (ə) şiələrinin və ardıcıllarının gözündə qeyb olacaq. Yalnız o şəxslər onun imamlığına olan əqidələrini qoruyub saxlaya biləcəklər ki, Allah Təala onların qəlblərinə imanı layiq bilmişdir.” 4. İmam Sadiq (ə) buyurub: "Müntəzər (gözlənilən) imam qiyam etməzdən qabaq bir müddət gözlərdən qeybə çəkiləcək. Çünki ca
...
Ətraflı oxu»
|
« 1 2 ... 4 5 6 7 8 ... 15 16 » |
|
|
Hikmət Çırağı
|
|
|
Kərbəla Tarixi
|
|
|
Halal Studiyası
|
|
|
Bizim Videolar
|
|
|
Bu Bayraqlara Sayqı Göstər
|
|
|
Peyqəmbərlər (ə) |
|
|