Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 1 Qonaq: 1 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » Salam
Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərə diqqət edək: 1. Bu ayın ilk 9 gününü oruc tutmaq və bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir. 2. Bu on günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə "Həmd"dən sonra 1 dəfə "İxlas” surəsini "Əraf” surəsinin 142-ci ayəsini oxuyursan və hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar. 3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq və bu dua "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir. 4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə etdiyi duanı oxumaq və həmin dua da "Məfatihul-cinan"da 525-ci səhifədə verilmişdir. 5.Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq və o, da həm
...
Ətraflı oxu»
|
Bu gün (29 Zilqədə - red) Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür. Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etm
...
Ətraflı oxu»
|
BƏQƏRƏ” SURƏSİ (Surə 2, ayələrin sayı 286) بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ 1.الم "Əlif, lam, mim” (Qur’anın əsrarəngiz müqəttəə hərfləri) Nöqtələr ◘Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən: 1. Qur’an əlifba hərflərindən yaradılmış və hamının ixtiyarına verilmiş bir mö’cüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən mö’cüzə yaradın. 2. Bu üç hərf uyğun surənin adıdır. 3. Bu hərflər ilahi ismi-əzəmə işarədir. 4. Bu hərflər bir növ ilahi andlardır. 5. Bu hərflər Allah və Onun peyğəmbəri arasındakı sirlərdəndir. Bə’zi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır. Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Qur’anın 114 surəsindən 29-u bu hərflərlə başlayır ki, onun 24-ündən sonra Qur’an və onun mö’cüzə olma
...
Ətraflı oxu»
|
Zilqədə ayının 11-də (bu il üçün sentyabrın 28-i) İmamətin 8-ci nuru İmam Rzanın (ə) mübarək mövludu günüdür.İmamın mübarək adı Əlidir. Rza - ən məşhur ləqəbidir.İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının mənəvi qayəsinin davamçısı olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir. İmam Rzanın (ə) həyatına nəzər yetirsək, başdan-başa İlahi məqam və sonsuz hikmət görərik. Həyatının hər bir səhnəsində Allaha ixlaslı bəndəlik nümunəsi görərik.İmam Rzanın (ə) atası 7-ci imam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə.). Azərbaycan insanına xüsusi lütf inayət onunla bağlı olunub ki, İmam Rzanın (ə) 2 b
...
Ətraflı oxu»
|
Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Həzrət Əli (ə) buyurur: "Qərib o kəsdir ki, dostu olmasın”. Ona görə də, vətənindən uzaq düşdüyünə və sürgün olduğu zamanlarda yar və yavəri olmadığına və məzlum halda şəhid edildiyinə görə İmam Rzanı (ə) qərib adlandırırlar. İmam Rzanın (ə) özündən özü haqqında belə hədis vardır: "Hər kim qeybətimdə məzarımı ziyarət edərsə, Qiyamət günü üç dəfə fəryadına çataram. O yerin dəhşətindən ona nicat verərəm. O zaman ki, əməl dəftərini sağ və ya sol əlinə verəcəklər, Sirat zamanı, əməllərinin çəkildiyi zaman”. Həruyidən belə nəql edilir: "Ərz etdim: "Yəbnə Rəsulallah! Sizi kim öldürəcəkdir?” Buyurur: "Mənim zamanımdakı Allahın ən pis xəlqi. Məni zəhər vasitəsilə öldürəcəkdir. Sonra məni uzaq bir məkanda və qürbət yerdə dəfn edəcəkdir. Bil ki, hər kim məni qeybətimdə ziyarət edər, Allah Təala yüz min şəhidin, yüz min sadiqin və yüz min həccə gedənin, ümrə edə
...
Ətraflı oxu»
|
Bəşəriyyətin son ilahi dini - İslam ailə planlaşdırılmasını ona görə önə çəkir ki, abort və digər vasitələrlə hələ ana bətnindəki, doğulmamış günahsız körpəni tələf, öldürmək kimi rəzil, insanlığı alçaldacaq əməllərin qarşısını alsın. Hər şeyin yaradıcısı olan Allah Qurani - Kərimdə buyurur: "…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” ("Maidə” surəsi, ayə 32)
Ayədən də göründüyü kimi Rəbbimiz abort və buna bənzər əməlləri bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət, qətl hadisəsi kimi qiymətləndirir. Yalnız istisna halda Allah - Təala körpənin ana bətnində tələf edilməsinə yol verir. Bu o zaman baş verə bilər ki,əgər uşağı dünyaya gətirmək ananın ölümünə səbəb ola bilərsə, anaya böyük ziyan yetirərsə, belə olan halda abort
...
Ətraflı oxu»
|
Allahın adı ilə! Bu il 11 Sentyabr hadisələrindən sonra ABŞ-da yəhudi əsilli şəxsiyyətsiz birinin, dahi şəxsiyyət olan İslam Peyğəmbərini (s), İslamı, müsəlmanları, insanlığı təhqir edən bir filmi ərsəyə gətirməsi dünyanı etiraz dalğalarının bürüməsinə səbəb oldu. Bu günlərdə bütün dünya bu rəzil və iyrənc təxribata etiraz edir. Təbii ki, qərb və ABŞ indi bu mesələyə söz azadlığı, yaradıcılıq azadlığı kimi baxır. Salman Rüştünün mənəvi terroru ilə başlanan müsəlman dünyasına edilən hücumların sonu-hələlik "İslamın məsumiyyəti” adlı kino və bundan sonra Fransada yumor jurnalında dərc edilən təhqiramiz karikaturadır. Amma, niyə "hələlik”, çünki bu cür rəzil xislətli və iyrənc sifetli insanlara hələ çox rast gələ bilərik. Amma, bu şəxslər anlamırlar ki, onlar belə etməklə təkcə, gündən-günə artan müsəlmanların heysiyyətinə toxunub onları təhqir etmirlər. Ümumilikdə bütün insanlığı, bütün bəşəri, bütün vicdanlar
...
Ətraflı oxu»
|
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası, Əhli-beyt (ə) davamçılarının yeddinci İmamı Musa ibn Cəfər (ə), anası isə səkkizinci İmam həzrət Rzanın (ə) anası Nəcmə Xatundur (s.ə). Beləliklə də həzrət Məsumə (s.ə) və İmam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdırlar. Xanım hicri-qəməri tarixi ilə 173-cü il, Zilqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda Bağdad şəhərində Harunun zindanında həbs olunan atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır.Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən (ə) heç bir kəs olmayan halda Xorasana getmişdir
...
Ətraflı oxu»
|
İslam dünyasının mərcəyi-təqlid müctəhidlərindən olan Ayətullah Cəfər Sübhani də müsəlman dünyasını əziz İslam Peyğəmbəri (s) əleyhinə çəkilən filmə qarşı reaksiya verməyə və təsirli addımlar atmağa çağırıb. "İrna" xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah Cəfər Sübhani bəyanatında buyurub: "Allahın Peyğəmbərləri, İlahi vəhyin sadiq nümayəndələri dünyanın bütün xalqları və millətləri tərəfindən ehtiramla anılmalıdır. Çünki onlar bəşəriyyət üçün dəyərli irs qoyub getmişlər. Bəşərin səadəti üçün bütün qüvvələrini sərf ediblər”. Daha sonra Ayətullah Cəfər Sübhani bildirir: "Bəşəriyyətə belə xidmət göstərmiş Allahın sonuncu Peyğəmbəri olan İslam Peyğəmbərini təhqir edən filmin çəkilməsi 1.5 milyard insanın pak hisslərini aşağılamışdır. Allahın sonuncu Peyğəmbərinə (s) qarşı belə münasibət o filmin yaradıcılarının rəzilliyindən, iyrəncliyindən, bir başqa ifadə ilə axmaqlığından xəbər verir”.
...
Ətraflı oxu»
|
« 1 2 3 4 5 6 7 ... 15 16 » |
|
|
Hikmət Çırağı
|
|
|
Kərbəla Tarixi
|
|
|
Halal Studiyası
|
|
|
Bizim Videolar
|
|
|
Bu Bayraqlara Sayqı Göstər
|
|
|
Peyqəmbərlər (ə) |
|
|