Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 2 Qonaq: 2 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » Salam
Bir Əsgər, Namaz Qılan digər Əsgərdən soruşdu: - Dostum Hansi Əsrdə yaşıyırsan? Niyə özünü zəhmətə Salıb hər gün 5 dəfə Namaz Qılırsan. Namaz Qılan Əsgər, uzaqdan görünən Zabitin başına toplanmış Əsgərləri göstərdi: - O insanın niyə yanından keçərkən, Salam verirlər və bütün əmirlərinə itaət edirlər, ''yat'' desə yatırlar, "qalx" desə qalxırlar? Onun da sənin kimi iki əyağı, iki əli və bir başı olan bir insan deyilmi? Digər Əsgər cavab verdi: Bəli! O da mənim kimi bir insan ama rütbəsi var, çiynində ulduzu var. Namaz Qılan Əsgər bildirdi: Ey Dost! Sən çiynində bir dənə ulduzu var diyə sənin kimi bir insana itaət edirsənsə mən, yerdəki qumların sayında ulduzları olan və hamsını təsbeh dənəsi kimi qüdrət əliylə çevirən Allahıma niyə itaət etmiyim? Niyə Namaz qılıb əmrini yerinə yetirməyim?
www.ceferiler.com
|
Şeyx Cəfər Kəbir Əhli-beytin (ə) məşhur mərcələrindən idi. Əhli-beyt (ə) fiqhi haqqındakı elmi dillər əzbəri idi. Bu cür əzəmətli bir şəxs Fitr bayramında namaza getməmişdən əvvəl fitrə zəkatını ehtiyacı olanlara paylayar və sonra namaza gedərdi. Bir dəfə Fitr namazından sonra bir nəfər Şeyxə yaxınlaşır və onun da ehtiyacı olan bir insan olduğunu və ona zəkatın çatmadığını söyləyir. Ona yardım etməsini istəyir. Şeyx deyir: "Mənə nə qədər zəkat veriblərsə, ehtiyacı olanlara paylamışam. İndi yanımda heç bir şey yoxdur”. Bu kişi çox narahat olur və deyir: "Yersiz yerə bu məqamda oturmusan. Get və qoy burada layiqli olan əyləşsin”. Bu mənzərəni görəndə Şeyx ayağa qalxır və əbasını çıxarıb, onu torba halına salır və deyir: "Mən bir nəfər ehtiyacı olanı tanıyıram ki, ona zəkat çatmamışdır. Hər kim nə bacarırsa kömək etsin”. Möminlərdən bir neçəsi qalxır və pul toplamaq istəyir, ancaq Şeyx icazə vermir və bu işi özü görm
...
Ətraflı oxu»
|
Ayətullah Safi Gülpayiqani buyurur: "Əhli-beytin (s.ə), xüsusilə də Həzrət Fatimənin (s.ə) əzəməti və məqamı haqqında nə demək olar? Bizim hər nə varımızdırsa, Əhli-beytdəndir (ə). Onlardan başqa hər kim nə deyirsə, baxıb görürsən ki, bir yerə gedib çıxmır, yarı yolda qırılır. Ona görə də ona etimad etmək olmur. Hər nə varsa, Əhli-beyt (ə) məktəbində vardır. Peyğəmbər (s) buyurur: "Hər şeyi Əhli-beytdən (ə) alın, qeyrisindən almayın”. Həzrət (s) başqa yerdə buyurur: "Onlardan nə qabağa düşün və nə də geriyə. Əgər qabağa düşsəniz, yolunuzu azarsınız, əgər geridə qalarsınızsa, həlak olarsınız.” Əhli-beytin (ə) içərisində Həzrət Zəhranın (s.ə) xüsusi yeri vardır. Bütün Əhli-beyt (ə) onun varlığı ilə iftixar edir. Həqiqətən onun müdəddəs varlığı hamı üçün hüccətdir. Bütün Əhli-beyt (ə) hüccətdir. Ancaq Həzrət Zəhranın (s.ə) bu dünyadakı hüccəti hamıdan üstündür. O, nübuvvət məqamından başqa əxlaqında,
...
Ətraflı oxu»
|
Bu gün şəhərimizdə, İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s.ə.v.a) əziz qızı, xanımların örnəyi hesab edilən, hər iki dünyanın seyyidəsi Həzrəti Zəhra (s)-nın mövlud mərasimi keçirilib. Bu tədbir Hikmət Çırağı MMC Tədris Mərkəzi, İbrət İctimai Dini Jurnalı tərəfindən həyata keçirilib. Tədbirdə Yasamal rayonu Əlillər təşkilatı heyyəti üzvüləri də təşəbbüs göstəriblər. Belə ki, əlil xanımların qeyri adi əl işləri də movlud mərasimində sərgi kimi nümayiş etdirilib. Tədbir Quran tilavəti ilə başlayıb. Tədbirdə Türkiyədən və Ərəb ölkələrindən təşrif buyurmuş qonaqlar iştirak ediblər. Azərbaycandan da nüfuzlu ruhanilərin qatıldığı tədbirdə Əhli-Beyt ilahi nəğmələr qrupu Həzrəti Zəhra (s)-nın şəninə mədhiyələr ifa ediblər. Tədbirin rəhbərləri isə İlahiyatçı Filosof Ruhani Hacı Atif İsmayılov və İlahiyatçı Ruhani Seyyid Nemətdir.
|
Düşüncə işığının söndüyü bir mühitdə din də, siyasət də, mədəniyyət və incəsənət də insanlar üçün tiryək rolunu oynayır
Həqiqət
sorağında olduğum ilk günlərdən yəqin etdim ki, bir çoxları təhqiq
etmədən seçim edir və öz seçimlərinin həqiqətə əsaslandığını iddia
edirlər. Seçim sağlam təfəkkürə əsaslanmadığı təqdirdə insanın əqidəsi
onun meyl və istəklərini əks etdirərək, şəxsi mənafeyinin çürük
sütunları üzərində qurulan zəif bir tikiliyə bənzəyir. Bir küləyə bənd
olan bu zəif bina hadisələr tufanı qarşısında sarsılır, tezliklə
alt-üst olub aradan gedir. Belə olan təqdirdə, insan ya başqa bir
əqidəyə yönəlir, yaxud da öz yanlış seçimini pərdələmək üçün müxtəlif
yozumlara əl atır. Bu isə öz növbəsində prinsipsizlik və simasızlıqla
nəticələnir. Bu gün həyatımızın müxtəlif sahələrində izi görünən,
xüsusilə də ictima
...
Ətraflı oxu»
|
ALİMLƏRİN KƏRAMƏTLƏRİ HAQQINDA MARAQLI ƏHVALATLAR
«NURLA BIRGƏ»
Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və etibarlı şagirdlərindən biri belə hekayət edir: Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, oğrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qıfıl yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşıb salam verdikdə qəbirdən salamın cavabını eşitdim. Səsindən tanıdım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdu. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına
...
Ətraflı oxu»
|
Ustadın həyat yoldaşının xatirələrindən: "Cümə axşamı və cümə günləri Qum şəhərinə gedirdi. Mən onun paltarlarını yuyar, otağını təmizləyər və evə qayıtmasını səbirsizliklə gözləyərdim. Qısacası: onun səfa, səmimiyyət, söhbət və təqvasından nə qədər bəhs etsəm, yenə də az söyləmiş olaram. Evin bütün problemlərindən xəbəri olardı və bir çox işlərdə də mənə və uşaqlara kömək edərdi. Çox vaxt səhərlər çayı özü dəmləyərdi. Bütün həyatım boyunca bir dəfə olsun "Mənə bir stəkan su gətir" dediyini xatırlamıram. Qadınlara edilən zülm və haqsızlıqdan şikayətlənərdi. Davamlı, "Qadın istismar edilməməlidir” deyərdi".
"Bir-birimizə qarşı davranışlarımız hörmət və səmimiyyətə söykənirdi. Özü, xanımlara qarşı çox hörmətli idi və həmişə belə deyərdi: "Cəmiyyətimizdə qadın çox istismar edilir". Bir dəfə mərhum Əllamə Təbatəbainin müalicəsi üçün birlikdə xaricə getmişdik. Universitetdə oxuyan qızlar yanımıza gəldilər
...
Ətraflı oxu»
|
Quran ayələrində və məsumların kəlamlarında ən çox məzəmmət olunan əməllərdən və xislətlərdən biri də riyakarlıqdır. Riyakarlıq, insanın əməl və ibadətləri Allah-təala yanında deyil, insanlar yanında hörmət və izzət qazanmaq üçün etməsidir. Bu haqda Quranda çoxlu ayələr nazil olunmuş və məsumlarımızdan çoxlu hədislər nəql edilmişdir. Bu insan ayə və hədislərdə riyakar, ikiüzlü və müşrik kimi tanıtdırılır. Allah-təala Qurani-kərimdə bu haqda buyurur: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah-təala kafirləri hidayət etməz!” ("Bəqərə” surəsi, 264-c
...
Ətraflı oxu»
|
(Xanım Fatimeyi-Zəhraya (s.ə.) ithaf olunur) Xanım Zəhrz besətin beşinci ilinin cəmadius-Sani ayının 20-si, cümə günü dünyaya göz açdı. Xanım (s.ə.) dünyaya göz açanda Həzrət Xədicənin (s.ə.) yanında dörd dünya və axirət xanımı, Sara (s.ə.) (İbrahim peyğəmbərin həyat yoldaşı), Asiyə (s.ə) (Musa peyğəmbərə Fironun (lən) vaxtında analıq eləmişdir), Həzrət Məryəm (s.ə.) və Musa Peyğəmbərin bacısı Gülsüm (s.ə.) olmuşdur. Anası Həzrət Xədicə xanım besətin onuncu ili, Fatimeyi-Zəhranın (s.ə.) 5 yaşı olanda dünyasını dəyişdi. Xanım Fatimeyi-Zəhranın (s.ə.) üç bacısı (Həzrət Zeynəb, Rüqəyyə və Ümmü Gülsüm) və üç qardaşı var idi (Həzrət Qasim, Abdullah və Tahir). Qardaşları uşaq yaşlarında dünyadan köçmüşdülər. Xanımın (s.ə.) mübarək ləqəbləri: "Binti Əbiha” – "Atasının qızı” deməkdir; "Seyyidətun-Nisə” – "Xanımların Xanımı”; Zəhra – "Parlayan”; "Tahirə” – "Pak”; "Əşrəful-Nisa” – "Xanımların ən şərafətlisi”; "Məryəmu
...
Ətraflı oxu»
|
Burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həkimə Həzrəti
xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu
tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn
Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar
yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci
illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər
...
Ətraflı oxu»
|
« 1 2 ... 6 7 8 9 10 ... 15 16 » |
|
|
Hikmət Çırağı
|
|
|
Kərbəla Tarixi
|
|
|
Halal Studiyası
|
|
|
Bizim Videolar
|
|
|
Bu Bayraqlara Sayqı Göstər
|
|
|
Peyqəmbərlər (ə) |
|
|